QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
Tarix: 19.09.2018 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova Ukraynada fəaliyyət göstərən "Qafqaz" xalq rəqs ansamblına milli rəqs paltarları hədiyyə edib. Laləndar Novruzova tərəfindən bu nəcib addım Azərbaycan mədəniyyətinin xaricdə tanınmasına və təbliğinə dəstək, Ukraynadakı soydaşlarımızın fəaliyyətinə stimul olaraq atılıb. "Qafqaz" xalq rəqs ansamblının rəhbəri Nicat Mirzəyev kollektiv adından Laləndar Novruzovaya bu xeyirxah əməlinə görə təşəkkür edib: "Xaricdə ölkəmizi, eləcə də mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq nə qədər çətin olsa da, şərəflidir. Göstərilən diqqət, qayğı bizi fərəhləndirir. Hörmətli Laləndar Novruzovnın ansambıla rəqs paltarları hədiyyə etməsi bizdə işimizə motivasiya yaradır. Ona bu nümunəvi addımına görə ansamblımız adından təşəkkür edirəm". Laləndar Novruzovanın rəhbəri olduğu Me-Marelli MİLLİ MƏRKƏZ-də hazırlanan paltarları Kiyevdə "Qafqaz" xalq rəqs ansamblının kolektivinə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə təqdim edib. Yeri gəlmişkən, "Qafqaz" xalq rəqs ansamblının kollektivi xaricdə Azərbaycan mədəniyyətini aktiv təbliğ etdiyinə görə Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi tərəfindən Diplomla təltif edilib.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
13.10.2018
Koçaryan: “Parlament seçkiləri Paşinyan üçün “zəfər”, dövlətçilik üçün ciddi bir məğlubiyyət olacaq“
12.10.2018
Washington Times: Ermənistanda anarxiya, qanunsuzluq və qarışıqlıq hökm sürür
12.10.2018
Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var
12.10.2018
Diaspor rəhbəri Misir Parlamentinin komitə sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 Ömrün 60-cı payızı
2 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
3 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info