UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
Tarix: 20.09.2018 | Saat: 01:36:00 | E-mail | Çapa göndər



Sentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan UEFA Çempionlar Liqasının son qalibi "Real Madrid" klubu doğma meydanda İtaliyanın "Roma" komandasını qəbul edib. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyununu əks hücumlar üzərində quran "Roma" klubu qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açmağa yaxın olub. Cengiz Ünderin vurduğu zərbə qapıdan yan keçib. Matçın 45-ci dəqiqəsində oyunun hollandiyalı baş hakimi Bjorn Kupers cərimə meydançası yaxınlığında İskoya qarşı qayda pozuntusunu qeydə alıb. Cərimə zərbəsini zərər çəkmiş özü yerinə yetirib və qola imza atıb - 1:0. "Kral" klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
Oyunun 58-ci dəqiqəsində Luko Modriçin ötürməsindən sonra komandanın əsas qol silahı sayılan Qaret Beyl qapıçı ilə təkbətək qalaraq dəqiq zərbə ilə hesab arasındaki fərqi artırıb - 2:0. Qarşılaşmada son nöqtəni maçın 90-cı dəqiqəsində, oyuna ikinci hissədə daxil olan Mariano Diaz qoyub. O, uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Beləliklə, görüş "Real Madrid" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər qarşılaşmasında Rusiya təmsilçisi MOİK səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.
H qrupunda yer alan İspaniyanın "Valensiya" klubu İtaliyanın "Yuventus" komandasını qəbul edib. Görüşün 29-ci dəqiqəsində rəqibin üzünə bilərəkdən zərbə endirən turinlilərin yeni transferi Kriştianu Ronaldu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, oyunda hesabı meydanda 10 nəfərlə qalan "qoca sinyora" açıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Mirəlim Pyaniç dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra hakim oyunda ikinci dəfə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. M.Pyaniç yenidən dəqiq zərbə ilə dublunu rəsimləşdirib. Görüş "Yuventus" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər qarşılaşmasında "Mançester Yunayted" səfərdə "Yanq Boyz" klubunun qapısından üç cavabsız top keçirib.
E qrupun favoriti sayılan Almaniyanın "Bavariya" klubu səfərdə Portuqaliyanın "Benfika" komandasının qonağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından qolları oyunun 10-ci dəqiqəsində Robert Levandovskiy və 54-ci dəqiqədə Renato Sançes keçirib.
Qrupun digər oyununda "Ayaks" doğma meydanda AEK-i böyük hesabla məğlub edib (3:0).
Birinci turun gözlənilməz hesabı İngiltərə qeydə alınıb. "Enfild" stadionunda keçirilən oyunda meydan sahibi "Mançester Siti" Fransanın "Lion" klubunu qəbul edib. Görüş qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.
"Şaxtyor" - "Hoffenhaym" oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Tanınmış rus idmançısı Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
15.10.2018
UEFA Millətlər Liqası: İtaliya millisi son dəqiqələrdə sevindi
14.10.2018
Mixael Şumaxerin oğlu “Formula-3”-ün çempionu olub
13.10.2018
Tamerxan Babayev gümüş medal qazanıb
13.10.2018
Samboçularımız dünya birinciliyində iki medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10248

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info