Azərbaycan beynəlxalq forumda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
Tarix: 20.09.2018 | Saat: 12:09:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-20-də Estoniyanın paytaxtı Tallinndə beynəlxalq eID Forumu keçirilib. Azərbaycan forumda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı layihələri ilə təmsil olunub.
Estoniyanın Dövlət İnformasiya Sistemləri Agentliyi ilə əməkdaşlıq çərçivəsində Regional İnkişafın Avropa Fondunun rəsmi dəstəyi ilə keçirilən tədbir özəl müəssisələr və dövlət sektoru arasında açıq dialoqun qurulmasına, elektron identifikasiyanın ən yeni texnologiyaları və artıq istifadə olunan həllərin müzakirəsinə, onların inteqrasiyası və transsərhəd sahələrdə funksional uyğunluğuna, eləcə də rəqəmsal identitetin innovativ xidmətlərinin inkişafına istiqamətlənib.
“Asan İmza” mobil elektron imzanın operatoru və Rəqəmsal Ticarət Qovşağının tərəfdaşı “B.EST Solutions” şirkətinin rəhbəri və Azərbaycanda Mobile-ID layihəsi konsorsiumunun rəhbəri xanım Yana Krimpe BMT-nin ID2020 proqramının baş memarı Adam Kuper ilə birlikdə uzaq regionlarda yaşayan, kompüter və ya maliyyə savadı məhdud olan insanların rəqəmsal identitetə əlyetərlilik problemlərinə həsr edilmiş forumun səkkiz sessiyasından birinin panelinin moderatorları kimi çıxış ediblər.
Bu paneldə rəqəmsal identitetin standartları və rahatlığı məsələlərinə toxunulub. Həmçinin rəqəmli identitə uyğun istifadəçiyə istiqamətlənmiş milli identifikasiya sistemlərinin yaradılması, texniki standartlardan onların geniş istifadəsinə keçidin necə baş verdiyi məsələləri müzakirə olunub, eləcə də bu məsələlərin həllində dünya innovativ təcrübəsinə nəzər salınıb.
Eyni zamanda, forumda Estoniyanın CIO-su Siim Sikkut, Avropa Komissiyasının DG Connect altbölməsinin rəhbəri Andrea Servida, İsrailin baş nazirinin ofisinin məsləhətçisi Ofer Ishai, DSA USA Sənədlərin Təhlükəsizliyi üzrə İttifaqın vise-prezidenti Neil Ivey, Lüksemburq CIO-su Gilles Feith və başqaları məruzə ilə çıxış ediblər.
Azərbaycan hazırda mobil rəqəmsal imzanın istifadəsi və onun müxtəlif dövlət və özəl elektron xidmətlərə inteqrasiyası üzrə dünyada lider mövqelərdən birini tutur. Buraya, həmçinin “Asan İmza”nın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işlənib hazırlanan, dövlət və özəl sektorun əməkdaşlığı prinsipinə əsaslanan “azexport.az” portalına inteqrasiyası da daxildir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, daxili ticarət əməliyyatlarının genişləndirilməsi və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “azexport.az” portalının gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür. Ölkəmizin diplomatik nümayəndəliklərinə və konsulluqlarına Azərbaycanda biznes qurmaq istəyən və ölkənin iqtisadiyyatına investisiya qoyan bütün xarici vətəndaşlara m-Rezidentlik – “Asan İmza” mobil elektron imza sertifikatlarının təqdim edilməsi səlahiyyətləri verilib. Azərbaycan m-Rezidentlik layihəsinin tətbiqi üzrə dünyada ilk, e-Rezidentlik layihəsinin tətbiqi üzrə isə Estoniyadan sonra ikinci ölkədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
19.06.2019
“Facebook”dan yenilik
19.06.2019
Süni intellektli bomba da yaradıldı
19.06.2019
Elektron ticarətdən istifadənin artırılmasında poçtun rolu
19.06.2019
160 minə yaxın müəllimin maaşları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info