Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin nüfuzu artır
Tarix: 20.09.2018 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində yeni dərs ilinin başlanmasına həsr оlunan təntənəli tədbir kеçirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən danışıblar. Böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması qeyd edilib.
DSX Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanıb.
Məktəbdə kursantların yaxşı təhsil almasının, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğu xüsusi qeyd edilib.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə xüsusi marağı nəzərə alan Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusunun cari il martın 5-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.
Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.
Mərasimdə iştirak edən validеynlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarını təbrik еdərək onlara nəsihətlər veriblər.
Tədbir kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər
13.12.2018
“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib
13.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
13.12.2018
“Hədəf Liseyi“ Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı
13.12.2018
Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info