“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
Tarix: 20.09.2018 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan və bütün Xəzər regionu energetika sahəsində Avropanın mühüm tərəfdaşlarıdır”. Bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən VII Beynəlxalq "Caspian Energy 2018" forumunun iştirakçılarına videomüraciətində deyib. M.Şefçoviç qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarını şaxələndirməyə və regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçısıdır.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq:
"2020-ci ildə Azərbaycan qazının ilk həcmləri Avropaya çatacaq. Bu, həm dövlətlərin, həm də iştirakçı ölkələrin özəl sektorlarının siyasi və iqtisadi səylərinin kulminasiyası adlandırıla biləcək tarixi hadisə olacaq. Qaz Avropa ölkələrinə yalnız öz energetika hədəflərinə çatmağa kömək etməyəcək, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələr bundan faydalanacaq".
M.Şefçoviçin fikrincə, bundan başqa, "Cənub Qaz Dəhlizi"nin uğurlarından alternativ enerji, ekologiya və digər sahələrdə əməkdaşlıq üçün də yararlanmaq olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
13.12.2018
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
13.12.2018
Zurab Quberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info