Pambığın alış qiyməti artırılıb
Tarix: 20.09.2018 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Bu artım fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir


“Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində fermerlər əlavə olaraq, ümumilikdə, 12-13 milyon manat qazanc əldə edəcəklər. Bu, dövlətimizin başçısının fermerlərə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür”. Bunu AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib. Nazirlik rəsmisi bildirib ki, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin məsul işçilərinin, həmçinin pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılması barədə razılıq əldə edilib. Bu il respublika ərazisində 132 min hektar sahədə pambıq əkildiyini qeyd edən Anar Hüseynov ölkə üzrə 260 min ton məhsul yığımının nəzərdə tutulduğunu deyib. Bildirib ki, pambıq əkini daha çox Sabirabad, Saatlı, Biləsuvar, Ağcabədi, Bərdə və Beyləqan rayonlarında həyata keçirilib. Respublika üzrə pambıq əkininin 60 faizi məhz bu rayonların payına düşür. 2015-2018-ci illərdə respublikaya “Aqrolizinq” ASC-nin xətti ilə 353 ədəd pambıqyığan maşının gətirildiyini vurğulayan şöbə müdiri yaxın günlərdə daha 50 ədəd kombaynın da gətirilməsinin nəzərdə tutulduğunu deyib: “Hazırda bir neçə rayonda əllə pambıq yığımına başlanılıb. Bu ayın sonlarında isə yığım prosesinə kombaynlar da qoşulacaq. Mövcud olan 353 kombayndan 221-i artıq pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlərə lizinqə verilib. Onlardan 98-i “Aqrolizinq” ASC-nin regional servislərində xidmət göstərəcək.”




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək
20.02.2019
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
20.02.2019
Biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik
20.02.2019
Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info