AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
Tarix: 20.09.2018 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində mühüm layihələr reallaşdırılır.
“Columbia Shipmanagement Ltd” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan müqaviləyə əsasən, daha üç gənc dənizçi sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə üçün seçilib.
Onlardan biri – Emin Paşayev hazırda Dəniz Nəqliyyatı Donanmasında kapitanın III köməkçisi vəzifəsində çalışır, digər iki nəfər Pərviz Kərimli və Yusif Talıbov isə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının builki məzunlarıdır.
Səfərə çıxmazdan öncə dənizçilər “AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşüblər. Sədr savadlı, peşəkar, beynəlxalq standartlara cavab verən bilik və bacarıqlara yiyələnmiş gənclərə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu deyib və onlara uğurlar arzulayıb.
Gənclər Gəmiçiliyin rəhbərliyinə diqqət, qayğı və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Emin Paşayev və Yusif Talıbov “Cape Tallin” (yükgötürmə qabiliyyəti – 42010, dedveyti – 73711 ton), Pərviz Kərimli “Cape Daly” (yükgötürmə qabiliyyəti – 8278 ton, dedveyti – 12755 ton) gəmilərində üç ay təcrübə keçəcəklər. Bu müddətdə gənclər nüfuzlu gəmiçilik şirkətinin gəmilərində müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcəklər, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış olacaqlar, dünyanın iri limanlarına getmək imkanı qazanacaqlar.
Layihə çərçivəsində gənclərin seçim prosesi xüsusi meyarlar əsasında “AXDG” QSC-nin və “Columbia Shipmanagement Ltd”-nin nümayəndələri tərəfindən aparılıb. Bu zaman iştirakçıların peşəkarlığı, işləmə prinsipi, xarici dil bilikləri və s əsas götürülüb.
“Columbia Shipmanagement Ltd” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan müqaviləyə əsasən il ərzində 20 nəfərin bu layihədə iştirakı nəzərdə tutulub. Bundan öncə AXDG-nin iki əməkdaşı – Orxan Həsənov və Tural Əliyev layihədə iştiraklarını uğurla başa vurublar.
“Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan həyatının mühafizəsi və müxtəlif təyinatlı gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan “Columbia Shipmanagement Ltd”-nin idarəçiliyində hazırda 1500-dən çox gəmi var. Onlardan 500-ü şirkətin özünə, qalanları isə müxtəlif ölkələrin şirkətlərinə məxsusdur.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
15.10.2018
“Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir “
15.10.2018
“Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində
15.10.2018
9 ayda Miqrasiya Xidmətinə 59 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
15.10.2018
İnsanların sağlamlığına təhlükə törədən ət satışına cəhd göstərən şəxslər həbs olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 Ömrün 60-cı payızı
2 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
3 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info