“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
Tarix: 20.09.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Erməni faşist cəlladı Qaregin Njde haqda yeni faktlar üzə çıxıb. Sentyabrın 20-də rusiyalı tarixçi, qafqazşünas, hüquqşünas Oleq Kuznetsov keçirdiyi mətbuat konfransında bu haqda geniş məlumat verdi. O dedi ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qareqin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var. Oleq Kuznetsov DTX arxivlərində Njdenin həyat və fəaliyyəti haqqında məxfi sənədlər tapıb. Tarixçinin sözlərinə görə, sənədlər arasında bir fakt onun diqqətini çəkib. Bu sənəddə Njdenin sitatları yer almışdı: “Nəhayət, hərəkət etməyi Hitlerdən öyrənmək lazımdır”. Onun sözlərinə görə, Njdenin böyüyən nəslə Hitlerdən öyrənməklə bağlı çağırışı o zaman üçün məlahətli səslənirdi: “Başqa sözlə desək, Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal gətirərək, ermənilərin türklərə və ümumilikdə, müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Qısası, bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi”.
Ekspertin fikrincə, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının daxili işlər xalq komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il aprelin 7-nə aid olan 138 saylı sənədindən görünür ki, Njdenin formullarında erməni milliyyətçiliyi birmənalı formada Zaqafqaziya təhlükəsizlik orqanlarında faşizm kimi şərh olunurdu.
O, Njdeyə abidə qoyulmasına Rusiyanın münasibəti haqda da fikir bildirdi: “Rusiyada rəsmi səviyyədə Njdeyə abidə qoyulmasına münasibət belə oldu ki, bütün bunlar sadəcə, Ermənistanın daxili işidir. Hətta kremlyönümlü mediaya bu mövzu ilə bağlı hər hansı bir tənqidi material yazmaq belə qadağan edildi”.
Onun sözlərinə görə, postsovet məkanında, xüsusilə Baltikyanı dövlətlərdə və Ukraynada nasizm və faşizmin bütün hallarını pisləyən Rusiyanın siyasi elitası, Ermənistanda baş verən bu hala heç bir reaksiya vermədi. “Sadəcə, bununla özünün Cənubi Qafqazdakı yaxın müttəfiqi hesab etdiyi Ermənistanı “küsdürmək” istəmədi”, - deyə qonaq bildirdi.
Mətbuat konfransında rusiyalı tədqiqatçı alim, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində apardığı sistemli elmi tədqiqatın nəticələrini də ortaya qoydu. Əldə olunanlar ortaya xeyli sensasiya doğuracaq faktların çıxmasına səbəb olub. Rusiyalı tədqiqatçının sovetlərin xüsusi xidmət orqanlarının arxivlərindən əldə etdiyi qiymətli materiallar faşistlərlə əməkdaşlıq edən erməni təşkilatları barədə dolğun məlumat verir. Sovet təhlükəsizlik xidmətinin arxivləri ermənilərin iç üzünü bir daha üzə çıxarmağa imkan verir. “Bugünkü Ermənistanın əsaslandığı ideologiyanın faşist ideyalarına əsaslandığı aydın görünür. Sənədlərdən məlum olur ki, təhlükəsizlik xidməti əməkdaşları erməni millətçilik nəzəriyyəsinin otuzuncu illərdə nasist xarakteri daşıdığını üzə çıxarıb. Zaqafqaziya Sovet Federativ Sosialist Federasiyasının Daxili İşlər Komissarlığının tədqiq edilən sənədlərindən o da bəlli olur ki, erməni millətçiliyinin ideoloqları, Daşnaksütyun Partiyası və şəxsən Njde, faşizmə yaxın olduqlarını bəyan etməyənə qədər, sovet xüsusi xidmət orqanları onlara qarşı loyal, hətta müsbət yanaşıblar. Lakin elə ki, onlar erməni millətinin ari irqinə və alman nasional-sosializminə yaxın olduqlarını bəyan etməyə başladılar – bundan sonra onların partiyadaşlarına qarşı ciddi tədbirlər start götürdü. Lakin elə ki, onlar özlərini Hitlerin bəşəriyyətə nifrət ruhunda tərbiyə verən ideyalarının davamçıları olduqlarını bildirdilər - bundan sonra onlara qarşı repressiyalar start götürdü. Məhz Qaregin Njde və onun çeqakron nəzəriyyəsi (“Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi-müəl) çekistlərini SSRİ-də yaşayan ermənilərə münasibətini dəyişib”.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir
22.10.2018
“Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik”
22.10.2018
Hikmət Şikarov: “Star”ın açılışı regionun tərəqqisinə öz töhfəsini verəcək”
22.10.2018
Nyu-Yorkda Azərbaycanla bağlı bayram mərasimi keçirilib
22.10.2018
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info