Azərbaycanın dostlarının sayı artır
Tarix: 20.09.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi və ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirin önəmini vurğuladı və bu tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn qonaqlara təşəkkür etdi. Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir və əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev dedi ki, qonaqların ölkəmizə bu səfəri onların həm Azərbaycanla yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq, həm də parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcək. Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı. O, tədbirdə şəxsən Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın tapşırığı ilə iştirak etdiyini dedi. Mərzuq Əli əl-Ğanim Bakıya birinci dəfə səfər etdiyini vurğulayaraq bildirdi ki, paytaxtımıza gəldiyi ilk andan şəhərdəki gözəllik və inkişaf onlarda böyük təəssürat yaradıb. O, əminliklə bildirdi ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda, digər ölkələrin və xalqların Azərbaycanla daha da yaxınlaşması işinə xidmət edir. Küveytli qonaq Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırdı. O, ölkəmizə məmnunluqla yenidən səfər edəcəklərinə ümidvar olduqlarını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlıq həyata keçirdiyini və ölkəmizin dostlarının sayının gündən-günə artdığını vurğuladı.
Dövlətimizin başçısı Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt dövlətinin başçısına çatdırmağı xahiş etdi. Sonda xatirə şəkli çəkdirildi.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info