Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilir
Tarix: 20.09.2018 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə toxunuldu, dövlətimizin başçısının son səfərinin önəmi qeyd olunub. Bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirilib, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulanıb, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışılıb və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olunub və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edilib. Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib. Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb
14.12.2018
Ermənistanda məhkəmə rusiyalı hərbçini həbs etdi
14.12.2018
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
13.12.2018
“Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır”
13.12.2018
Qaçqın və məcburi köçkünlərin probleminin həlli hər zaman prioritetdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info