Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
Tarix: 20.09.2018 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“Paşinyan ictimaiyyəti “ağ” və “qara”lara bölüb”

«Əgər «Yerevan today» saytının ofisində aparılan axtarış ölkədə elə də ciddi bir reaksiya doğurmursa, deməli, Ermənistanın hüquq-mühafizə orqanları gələcəkdə respublikanın mövcud hakimiyyətini tərifləyən nəşrləri qəbul edə bilərlər». «News.am» saytının yazdığına görə, bu fikirləri jurnalist həmkarlarına verdiyi açıqlamada «Yerevan today»in redaktoru Sevak Akobyan bildirib. Sayt redaktorunun verdiyi məlumata görə, onların ofisində baş verənlər ölkədə «redaksiya yağmalanmasının ilk qaranquşu» kimi dəyərləndirilsə, bunun gələcəkdə məcazi mənada «əjdaha» halını alaraq daha genişlənməsi, KİV-ə təzyiqin artması istisna deyil.
Akobyan əminliklə iddia edir ki, bu gün Ermənistanda siyasi sahələrin bölgüsü ilə məhz baş nazir Nikol Paşinyan özü məşğul olur: “Belə ki, o, ölkədə inqilabçılar və əks-inqilabçılara qarşı münasibəti özünə sərf etdiyi kimi sərgiləyirsə, artıq kütləvi informasiya vasitələri və ictimaiyyəti də "ağ" və "qara"ya bölməkdədir. Bu vəziyyətdə, hakimiyyət tərəfində olmayan və ya tənqid etmək üçün cəsarət edənlər avtomatik olaraq "qara"lara çevrilirlər.
Akobyanın dediyinə görə, hələ bir müddət bundan əvvəl Paşinyanın həyat yoldaşı Anna Akobyan da «Aykakan jamanak» nəşrində qalmaqallı bir yazı ilə çıxış etsə də, nədənsə, həmin redaksiyada heç bir axtarış və ya təzyiqdən danışılmadı”. Hər gün şəxsi «Facebook»una saxta hesablardan təhdid və ittihamlar daxil olduğunu bildirən Sevak Akobyan Paşinyan hökumətinin onların saytlarını susdurmaqda israrlı olduğunu bildirib: «Axtarışdan əvvəl, axşam saatlarında serverimizə DDoS hücumu həyata keçirildi. Ekspertlər belə hesab edirlər ki, naməlum şəxslər materialları dərc etməyə çalışırdılar». Artıq ofislərində hər hansı bir axtarışın davamının olmayacağına ümid edən Akobyan, bunu ölkədəki məlum telefon dinləmələri ilə bağlı hüquq-mühafizə orqanlarının onların ofisində heç bir sübut əldə etməmələri ilə əlaqələndirir. O, həmçinin sabiq ikinci prezident Robert Koçaryanı təbliğ edəcək saytın yaradılmasını və onun siyasi fəaliyyətinə cəlb olunması barədə deyilən məlumatları da təkzib edib.
Bir daha xatırladaq ki, sentyabrın 17-də Ermənistanın İstintaq Komitəsi və 6-cı Polis Şöbəsi «Yerevan today» saytının ofisində axtarışlar aparıb. Axtarış zamanı ofisin prosessor və bir neçə diski müsadirə edilib. Hüquq-mühafizə orqanları axtarışın ölkənin iki güc rəhbəri arasındakı telefon danışıqları ilə bağlı aparıldığını da gizlətməmişdi.

Qeyd edək ki, sayt redaktorunun dediyi kimi, erməni cəmiyyətində Paşinyan tərəfindən aparılan «ağ-qara» bölgüsü, deyəsən, özünü başqa sahələrdə də nəzərə çarpdırmaqdadır. Belə ki, dünəndən bəri İrəvandakı hökumət binası yaxınlığında mitinq keçirən xeyli insanı dinləyən yoxdur. Beləliklə, onların istəyi nədir? «Əvvəlki hökumət bizə hər bir evə təzminat kimi bir milyon dram yardım edəcəyini vəd etmişdi. Amma verdikləri vəd, elə vəd olaraq da qalıb» Bunu mitinq iştirakçılarından biri «armenianreport.com» saytının əməkdaşına verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, dünəndən bəri İrəvanın mərkəzində mitinq edənlər Ermənistanın Artsvaşen şəhərində məskunlaşan Çambarak sakinləridir. Onların sözlərinə görə, bir vaxtlar boşaldılmış molokan evlərinə köçürülərkən, bərbad vəziyyətdə olan evlərinin təmiri üçün dövlət onlara konpensasiya verəcəyini vəd etmişdi. Lakin həmin vaxtdan artıq neçə il keçsə də, onlara heç bir yardım edilməyib və sakinlər hələ də yarıuçuq evlərdə yaşamaqda davam edirlər. Qeyd edək ki, narazı vətəndaşlar baş nazir Paşinyanla görüşməyi tələb etsələr də, tələblərinin reallaşacağına o qədər ümidli deyillər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib
20.05.2019
Prezident Vladimir Zelenski Ukrayna xalqına sədaqət andı içib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info