“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
Tarix: 21.09.2018 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Səbinə Balabekova: “Məqsədimiz tələbə xanımlara ali təhsili bitirdikdən sonra diplomu cehizliyə qoymaları yox, o diplomu dəyərli etmələrində dəstək olmaqdır”


Bu gün bir çox tələbədə ali məktəbi bitirdikdən sonra iş tapmaq fobiyası var. Bir çoxları isə diplom almaq xatirinə ali təhsil alır. Xüsusən, xanımlarda bu düşüncə daha çox özünü göstərir.
Əslində isə bu çox yanlış düşüncədir. Çünki savadlı, ixtisasını dərindən bilən, özünə güvənən insan üçün hər yerdə iş var. Elə məhz bu stereotipləri dağıtmaq, tələbə xanımlara öz ixtisasında müəyyən qədər təcrübə qazanmalarına dəstək olmaq üçün bir qrup gənc Azərbaycan Tələbə Xanımlar Klubunu yaradıb. Klubun rəhbəri Səbinə Balabekova qəzetimizə müsahibəsində məqsəd və vəzifələrindən danışıb.

- Öncə özünüz haqda danışmağınızı istərdik.

-Mən, Balabekova Səbinə, 25 yaşım var. Azərbaycan Dövlət İqtisad Universitetini Menecment ixtisası üzrə bitirmişəm. Tələbə olduğum dövrlərdə və sonra müxtəlif təlim və layihələrdə staj proqramlarında fəal iştirak etmişəm. Özüm, “Oracle” proqramı üzrə mühasib operator vəzifəsində çalışıram. Bununla yanaşı, Azərbaycan Tələbə Xanımlar Klubunu yaratdıq.

-Necə oldu ki, belə bir klub yaratmaq qərarına gəldiniz?

-Qeyd etdiyim kimi, mən də tələbə vaxtı bir çox təlim və layihələrdə fəal iştirak etmişəm. Düşünürəm ki, hər bir tələbənin buna ehtiyacı var. Xüsusən də xanım tələbələrin. Bizim cəmiyyətimizdə xanımların sosial fəaliyyətinə ailələr tərəfindən bir çox hallarda maneələr qoyulur. Bunun üçün də istədikləri təlim və tədbirlərdə bu kimi narahatlıqların aradan qalxması üçün biz bu klubu sırf xanımlar üçün tərtib etdik.
Məqsədimiz azərbaycanlı tələbə xanımlara ali təhsili bitirdikdən sonra diplomu cehizliyə qoymaları yox, o diplomu dəyərli etmələrində dəstək olmaqdır. Dəstəyimiz iqtisadiyyatın qolları olan bir çox peşələrdə təhsil alan tələbə xanımların tədris müddəti bitdikdən sonra hər hansı bir şirkətin qapısını döyəndə artıq özünə güvən yaranmasıdır.

-Kluba yalnız sizin təhsil aldığınız universitetin tələbələri üzv ola bilər?

-Xeyr. Kluba Azərbaycan Respublikasının bütün ali və orta ümumtəhsil müəssisələrinin tələbələri qoşula bilərlər.

-Siz tələbə xanımların ixtisasa uyğun təcrübə qazanmalarına necə dəstək olacaqsız?

-Düşünürəm ki, tələbələr üçün kifayət qədər imkanlar var. Sadəcə, araşdırıb özü üçün daha uyğununu tapmalıdır. Müxtəlif təlim və layihələr, staj proqramları tələbələrin bilik və bacarıqlarını artırmaq, inkişaf etdirmək üçün böyük şansdır. Ölkəmizdə bu yöndə çox işlər görülüb, günü-gündən də inkişaf edir.

-Tələbələrin istəkləri, problemləri ilə bağlı hər hansı sosioloji sorğu keçiribsinizmi?

-Biz sosial şəbəkələrdən tələbə xanımların istəklərini və ehtiyaclarını öyrənmək üçün sorğu keçiririk. Hansı istiqamət üzrə təlim tələbi çox olarsa, onu təşkil edirik.

-Ümumiyyətlə, bu gün Azərbaycanda hansısa tələbə nə dərəcədə iş həyatına özünü hazırlaya bilir?

-Biz xanımların istər öz ixtisasları, istərsə də maraqlı olduqları digər ixtisaslar üzrə təşkil olunacaq müxtəlif təlim və layihələrdə iştirakına dəstək olacağıq. Bizim digər təlimlərdən fərqimiz, təlimdə fəal iştirak edən tələbələrimizin əməkdaşlıq etdiyimiz müəssisələrdə staj keçmək fürsətinin olmasıdır.

Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
14.02.2019
“Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
12.02.2019
Hikmət Hacıyev: Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir
07.02.2019
SOCAR-ın xarici bazarlardakı gəliri ölkə daxilində əldə edilən gəliri üstələyir
04.02.2019
“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
01.02.2019
“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info