“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
Tarix: 21.09.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılan “Əsrin müqaviləsi”nin ildönümü ilə bağlı ölkədə çoxsaylı tədbirlər davam edir.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yeni dərs ilinin başlanması münasibətilə universitet tələbələri ilə görüş və “Əsrin müqaviləsinin müstəqil dövlətçiliyin güclənməsində rolu” mövzusunda tədbir keçirilib.
ATMU-dan bildirilib ki, ali təhsil ocağının rektoru İlham Mədətov tələbə adını qazanan tələbələri təbrik edib, onlara uğurlar qazanıb dəyərli kadr kimi formalaşmağı arzulayıb. Universitetin tədris işləri üzrə prorektoru İranə Əliyeva birinci kurs tələbələrinə ATMU-nun fəaliyyət istiqamətlər ibarədə məlumat verib.
İ.Əliyeva bildirib ki, Azərbaycanda təhsilin inkişaf tendensiyalı əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışan İ.Əliyeva diqqətə çatdırıb ki, obyektivlik və şəffaflıq, tədrisin yüksək səviyyədə təşkili üçün ATMU-da əsaslı işlər görülüb. O, tələbələri nizam-intizama ciddi fikir verməyi, qarşıdan gələn imtahan sessiyalarına məsuliyyətlə hazırlaşmağı tövsiyə edib.
Tədbirdə məruzə ilə çıxış edən ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov vurğulayıb ki, “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində imzalanıb. Həmin ilin dekabrında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olunub. Sənədin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açıb. Bir sözlə, bu müqavilənin imzalanması müasir müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir. Azərbaycanda həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli neft-qaz layihələri barədə məlumat verən A.Eminov diqqətə çatdırıb ki, əldə olunan gəlir xalqımızın, dövlətimizin sosial-iqtisadi inkişafına yönəlib.
ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov qeyd edib ki, ulu öndər Heydər Əliyevin neft strategiyası sayəsində ictimai-siyasi sabitliyə nail olunub. Azərbaycan nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrilib.

“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında "Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan "Abşeronneft" NQÇİ-nin rəisi, YAP Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Şahmar Hüseynov bu əlamətdar günün tarixindən danışıb. Deyib ki, bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması ümummilli liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Məhz həmin günün neftçilərin bayramı kimi qeyd etməsinin özü də qanunauyğun bir haldır. Çünki "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, ulu öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.
Daha sonra tədbirdə çıxış edən “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov, təqaüdçü neftçilər Mahmud Əhmədli və Şəhriyar Kazımov çıxış edərək bildirdilər ki, Azərbaycanın neft sənayesinin inkişafının bir sıra mühüm mərhələləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən, respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. Nəticədə Azərbaycanın neft infrastrukturu yeniləşdirilmiş, təzə yataqların axtarış-kəşfiyyat işlərinin bünövrəsi qoyulmuş, neft emalı sənayesinin bazası ən müasir texnologiyalarla zənginləşdirilmişdir. Çıxışların sonunda bir qrup şəxs YAP Pirallahı rayon təşkilatının, “Abşeronneft” NQÇİ İdarə Rəhbərliyi və Həmkarlar Komitəsinin fəxri fərmanları ilə təltif olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info