Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
Tarix: 21.09.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
Sınaq müddəti ərzində “Ookla” şirkəti ölkədə ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil operatorlarının abunəçiləri tərəfindən “iOS" və “Android” platformalarında çalışan cihazlardan “Speedtest” mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları müqayisə edib. Nəticələrə əsasən, “Bakcell” şəbəkəsi bütün ölçülən kateqoriyalar üzrə ən yüksək “Speedtest” ballarını toplayıb. Bununla da təsdiq edilib ki, “Bakcell” şəbəkəsi ölkədə ən yüksək ortayükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb. “Biz qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq edilib. “Bakcell” şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkədir və biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə rahatlıq və məmnunluq gətirməkdədir. Bu liderliyi qorumaq və xidmətlərimizi daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. “Bakcell” bundan sonra da bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı, ən innovativ və misilsiz müştəri təcrübəsini öz abunəçilərinin ixtiyarına verməyə davam edəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və “Bakcell” şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla, ümumi 27.93 bal (Speed Score™) toplayaraq, ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb. ““Speedtest Intellingence” məlumatları veb və mobil “Speedtest” platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq “Speedtest Intellingence”də öz əksini tapır. Biz təsdiq edirik ki, həmin nəticələr “Bakcell”in “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” olmasının bariz göstəricisidir. Bizim metodologiyalarımız bütün dünyada telekommunikasiya sənayesinin standartı kimi qəbul olunur və bununla da biz “Bakcell” şirkətinin bu mükafata tam layıq olmasını bir daha təsdiq edir və Azərbaycanın ən sürətli mobil şəbəkəsi statusunu qazanması münasibətilə “Bakcell” şirkətini təbrik edirik”, - deyə “Ookla” şirkətinin baş direktoru Douq Suttles bildirib. Speedtest.net – İnternetdən istifadə üzrə bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata keçirən veb-xidmətdir. Bu xidmət “Ookla” şirkəti tərəfindən 2006-cı ildən pulsuz olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə “Ookla” məlumatları dünyanın bütün ölkələrini əhatə edir. “Ookla” şirkətinin “Speedtest” mobil əlavəsi “Google Play Store” və “App Store” mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib.
7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə (“Best in Test”) adına layiq görülüb.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com internet səhifəsinə daxil olmaqla və ya 555 əlaqə nömrəsindən əldə etmək olar. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə (012) 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info