UNEC-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb
Tarix: 21.09.2018 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


“Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir”


UNEC-in rektoru, professor Ədalət Muradov 2018/19-cu tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb. Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb. Rektor UNEC-də tələbələrin yüksək ixtisaslı peşəkar mütəxəssis kimi yetişmələri ilə yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş olaraq formalaşması üçün bütün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. UNEC-də verilən bütün qərarların əsasında tələbələrin maraq və mənafelərinin dayandığını bildirib. Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC-in birinci yerdə olduğunu diqqətə çatdıran rektor, bu il də 600-dən yuxarı bal toplayanların 63 faizinin məhz UNEC tələbəsi olması ilə qürur duyduğunu ifadə edib. Ə.Muradov Prezident təqaüdçülərinin təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin ölkədə ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültə olduğunu xüsusi vurğulayıb. Görüşdə tələbələrə UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti ilə ikili diplom, həmçinin Avropa, Türkiyə və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri ilə mübadilə proqramlarından bəhs olunub. UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan abituriyentlərə 100 AZN məbləğində xüsusi təqaüd, hər semestr fakültələr üzrə ən yüksək bal toplayan 15 tələbəyə isə ikinci əlaçı təqaüdü verildiyi bildirilib. Rektor tələbələrə UNEC-in onlar üçün yaratdığı üstünlüklərdən faydalanmağı, elmi-tədqiqat, startap layihələri, beynəlxalq olimpiada, konfranslar və universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib. Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri və təqaüd kartları təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
07.12.2018
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
07.12.2018
Cümhuriyyət Parlamentinin yaradılması dövlətçilik tariximizin parlaq səhifəsidir
07.12.2018
Bu il Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub
07.12.2018
Məktəbəhazırlıq müəllimləri imtahan verəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info