İmmuniteti gücləndirən qidalar
Tarix: 21.09.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin olan qidalar qəbul etmək lazımdır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı immunitetin qüvvətlənməsinə kömək edən qidalar haqqında AZƏRTAC-a məlumat verib: “Hər gün süd, pendir, yoqurt, kəsmik, az və ya orta dərəcədə yağlılığı olan digər ağartı məhsulları yemək məsləhət görülür. Hər səhər kərə yağı ilə buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox xeyirli üsullardan hesab edilir. Gün ərzində 150 qram kefir və ya yoqurt yemək soyuqdəymə riskini azaldır. Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomoderatordur. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferon yaranmasına kömək edən çoxlu maddələr var. Brokoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələri, eləcə də sərbəst radikallardan qoruyan beta-karotin maddəsi ilə zəngindir.
Bildirçin yumurtası, soğan, sarımsaq, qıtıqotu, balıq, badam, qarabaşaq, darı, yulaf, narıngi, kivi, limon, portağal, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələm də immun sistemini qüvvətləndirən qidalardan hesab edilir”.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür
08.05.2019
Yaponiyalı göz həkimləri Yevlaxda 847 nəfəri müayinə ediblər
08.05.2019
Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info