Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
Tarix: 21.09.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı qardaş ölkənin mediasında geniş işıqlandırılıb.
“Sondakika.com” da “TBMM-in sədri B.Yıldırım: “Azərbaycanı öz vətənim kimi qəbul edirəm” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, TBMM-in sədri Binəli Yıldırım Azərbaycanın paytaxtı Bakıda bir sıra görüşlər keçirib. Azərbaycan MM-in sədri Oqtay Əsədov tərəfindən Bakıya dəvət alan Binəli Yıldırım Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100-cü ildönümünə qatılıb. Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə çıxış edən Binəli Yıldırım “Biz eyni millətin övladlarıyıq. Müstəqilliyimiz, gələcəyimiz, rifahımız bir-birinə bağlıdır. Birlikdə ağlayır, birlikdə gülürük. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. Hazırda Azərbaycan Cümhuriyyəti parlamentinin 100-cü ildönümü ilə bağlı burada iştirak etməkdən məmnunam. Sizin qarşınızda çıxış edərkən özümü Milli Məclisin üzvü kimi hiss edirəm. Mən Türkiyədə İzmir millət vəkili kimi seçilmişəm. İzmir ilə Bakı 1985-ci ildə “Qardaş şəhər” olub. Mən də aramızdakı qardaşlıq hüququna söykənərək, eyni zamanda Bakı millət vəkili sayılıram. Azərbaycanı öz vətənim kimi qəbul edirəm”.

“Türkiyə tarixdə hər zaman Azərbaycanın yanında olub”

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyən Yıldırım “Milli mübarizə illərində belə Azərbaycanın müstəqilliyinə qovuşması üçün dəstək verib. Tarixin və taleyin müəyyən dövrlərində bir-birimizdən uzaq düşsək də, əlaqələrimizi heç kəsmədik. Azərbaycan dara düşdüyündə öncə biz yardım etdik. Bundan 100 il öncə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Azərbaycanın köməyinə gəldi. Həmin qəhrəmanların 1132 nəfəri bu torpaqlarda şəhid oldu. Ona görə də Türkiyədən sonra ən çox şəhid məzarlarımızın olduğu ölkə Azərbaycandır. Şəhidlərimiz Azərbaycanın müstəqilliyi və gələcək üçün Peyğəmbərimizin müjdəsinə nail olmaq bəxtiyarlığına qovuşublar. Onlar bizim iftixarımızdır. Onlara nə qədər təzim etsək azdır. Allah hamısından razı olsun”.
Bölgənin ən önəmli məsələsi olan işğal altındakı Dağlıq Qarabağ məsələsinə toxunan Yıldırım bildirib ki, Türkiyə bu mövzuda Azərbaycanı dəstəkləyir: “Ermənistan Dağlıq Qarabağ daxil olmaqla işğal etdiyi Azərbaycan torpaqlarından şərtsiz çəkilməlidir. Bu torpaqlar Azərbaycanındır. Hər zaman da belə qalacaq”.
B.Yıldırım çıxışında, həmçinin bildirib ki, bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük inkişaf yolu keçib və iqtisadi nailiyyətlər əldə edib. Bakı küçələrində gəzərkən bu inkişafı görmək mümkündür. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfə verib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi və bu kimi digər təşəbbüslər əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri “Haberler.com”, “Karar.com”, “gazetavatan.com”, “Hurriyet.com”, “aksam.com.tr”, “Haberturk.com” və digər KİV-lərdə geniş işıqlandırılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info