Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
Tarix: 21.09.2018 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu çəki dərəcələrində təmsil edən Nicat Şıxəlizadə mübarizəni 1/16 final mərhələsində, Buyankişiq Purevsuren isə 1/32 finalda dayandırıb.
Yarışların ikinci günündə hər iki çəki dərəcəsində qaliblər yaponiyalı idmançılar olublar.
Kişilərin mübarizəsində yaponiyalı Hifumi Abe dünya çempionu adını qazanıb. Qazaxıstan cüdoçusu Yerlan Serikzhanov ikinci yeri tutub. Koreya Respublikasının idmançısı Baul An və ukraynalı Georgi Zantaraia bürünc medal əldə ediblər.
Qadınların yarışında Yaponiya idmançıları Uta Abe və Ai Şişime müvafiq olaraq qızıl və gümüş medal qazanıblar. Braziliya təmsilçisi Erika Miranda və fransalı Amandine Buçard turniri üçüncü pillədə başa vurublar. Sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim edib.
Dünya çempionatının üçüncü günündə kişilər arasında 73 kiloqram, qadınlar arasında isə 57 kiloqram çəki dərəcəsində yarışlar keçiriləcək. Ölkəmizi bu çəki dərəcələrində Hidayət Heydərov, Rüstəm Orucov və İçinxorlo Munxtsedev təmsil edəcəklər.
Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilib
14.12.2018
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub
14.12.2018
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb
14.12.2018
Ermənistanda məhkəmə rusiyalı hərbçini həbs etdi
14.12.2018
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info