Norveçdə qasırğa 30 mindən çox evi elektriksiz qoydu
Tarix: 22.09.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər



“Knud” qasırğası Norveçin cənubundakı Aqder vilayətində ağacların elektrik ötürücüsü xətlərinin üstünə aşmasına səbəb olub. Nəticədə 30 mindən çox ev elektriksiz qalıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Norveçin “Agder Energi” stansiyasının saytında yer alıb.
Eyni zamanda, Norveç teleqraf bürosunun məlumatına görə, elektrik kəsilməsi hallarının sayı 50 mini ötüb. Energetiklər elektrik verilişini bərpa etməyə çalışırlar. Yıxılan ağaclar ölkənin cənubunda iki yolu – Syorlansbanen və Ostfoldbaneni bağlayıb. Norveçin hökumət orqanları qasırğa təhlükəsinin “qırmızı” səviyyəsini elan ediblər.
Təbii fəlakət zərbəsi şənbə günü Finlandiya üçün də gözlənilir. Finlandiya Meteoroloji İnstitutu ölkənin cənubunda və qərbində küləyin sürətinin saniyədə 20 metrə çata biləcəyi barədə xəbərdarlıq edib. “Yle” teleşirkətinin məlumatına görə, bununla əlaqədar Finlandiyadan yola düşən bərələrin cədvəlində dəyişiklik edilə bilər.
Qasırğa Danimarkanın bir sıra bölgələrinə sürəti saniyədə 33 metrə çatan külək gətirib. İsveçdə cümə günü güclü küləklər səbəbindən aşan ağaclar aşaraq bir neçə yolu bağlayıb. İnsanlara evlərindən çıxmamaq tövsiyə edilib.




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Türkiyə həbsxanasında güclü yanğın olub
16.02.2019
Bakıda 18 yaşlı qız itkin düşdü
15.02.2019
Bakıda dəhşətli qəza
15.02.2019
Türkiyədə zəncirvari avtomobil qəzası baş verib, çox sayda yaralı var
14.02.2019
Reper iki dostunu öldürdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info