Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
Tarix: 22.09.2018 | Saat: 20:09:00 | E-mail | Çapa göndər



Ermənilərin “ArmenianReport” saytında erməni Qalust Qriqoryanın müəllifi olduğu bir yazı dərc eilib. Müharibənin heç vaxt birdən-birə başlamadığını bildirən erməni yazar erməni rəsmilərinə “burada rəsmi Bakının siyasi arenada dünyanın ən müxtəlif ölkələri ilə necə aktiv şəkildə işlədiyinə diqqət yetirməyi” “məsləhət görür.

Qriqoryan daha sonra yazır: “Əfsuslar olsa da, etiraf etməliyik ki, ABŞ və Avropa, eləcə də Çin və Rusiya çox vaxt ölkəmizlə münaqişədə olan ölkə ilə -Azərbaycanla münasibətlərin inkişafının vacibliyini vurğulamaqda davam edirlər. Bütün bunlar, təəssüf ki, İrəvan və Moskva arasındakı münasibətlərin ümumiyyətlə açıq-aydın soyudulması(?), eləcə də Qərbin Bakını hərbi ritorika əleyhinə fəal şəkildə xəbərdar etmək istəmədiyi təəccüblü deyil. Nəticədə biz artıq yeni müharibənin qaçılmaz olması barədə Azərbaycandan çıxışlar eşitməkdəyik. Əlbəttə ki, hərbi təlimlər qüvvət və real əsaslarla həyata keçirilir, açıq şəkildə, öz zövqləri üçün deyil, fəal şəkildə bizimlə müharibəyə başlamağı planlaşdırırlar.
Amma bu, hamısı deyil. Bu gün Ermənistanla müharibədə Azərbaycana yardım etməyə hazır olan bir çox ölkələr var. Nümunə üçün bu yaxınlarda Bakıda baş tutacaq sərgiyə diqqət yetirək. Sən demə, Bakı Ekspo Mərkəzində keçiriləcək "ADEX-2018" sərgisində inkişaf etmiş ölkələrin 200-dən çox şirkətinin iştirak edəcəyi gözlənilir. Belə ki, "ADEX-2018" sərgisində . Azərbaycanla yanaşı Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna milli qrupları da iştirak edəcək. Bundan əlavə, sərgiyə qatılan ölkələr arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Hollandiya və dünyanın digər ölkələrinin müdafiə-sənaye kompleksinin qabaqcıl şirkətləri var”.
Maraqlıdır ki, erməni müəllifə daha çox yer eləyən bütün bunlarda Rusiyanın “fəallıq göstərməsidir”. Yenidən köhnə palan içi eşən Qriqoryan Kremli Bakıya yeni silah satmaqda ittiham edir: “Üstəlik, Rusiya mətbuatı artıq həyata keçirilən bir fakt kimi, Kremlin Azərbaycanın yeni macərasını dəstəkləməyə hazır olduğunu yazır”.
Yazısında daha sonra Türkiyəyə diqqət çəkən erməni müəllif R.T. Ərdoğanın son açıqlamalarına diqqət çəkir. Onun fikrincə, “yeni bir müharibəyə yanaşmasını daha da inkişaf etdirmək niyyətində olan Ankara bunun üçün hətta NATO-dan belə çəkilməyə hazır olduğunu bəyan edib(?)”.
İsrailin müdafiə naziri Libermanın Bakıya etdiyi beşgünlük səfərin hələ də onlar üçün müəmma olaraq qaldığını yazan Qriqoryan bununla belə, israilli nazirin bu səfərini ermənilər üçün “xüsusi bir mesaj” kimi dəyərləndirir.
Ermənictan ətrafında yaşananları ermənilər üşün çox “ kədərli balans” kimi dəyərləndirən erməni yazar “bu, bizim üçün yeni və aydın təhlükədir”-deyə bildirir. Maraqlıdır ki, Qriqoryan bütün bunlardan çıxış yolunu da göstərir: “təcili olaraq, elə İsrailin nümunəsindən yararlanaraq Ermənistanı inkişaf etdirməli. Məhz bu yol bizi xilasetməyə apara bilər”. Elə buradaca erməni müəllifdən soruşmamaq olmur ki, “...nəynən ay....”
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Makronun siyasəti cəmiyyətdə həddindən artıq qıcıq yaradır”
10.12.2018
Ermənistanda seçicilərin yarıdan çoxu seçkidə iştirak etmədi
10.12.2018
Gürcüstandakı Ahıska türkləri ilə görüş olub
10.12.2018
Norveçdə Radio İnter FM-in 30 illiyi qeyd edilib
10.12.2018
Paşinyanın heykəlini dağıtdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info