Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Tarix: 22.09.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər



Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ndə iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə keçirilməsinə inamın ifadəsi kimi dəyərləndirib. Muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu və sosial-iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib, əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə minnətdarlıq edib. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən danışan qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının, xüsusilə təhsil sahəsində qazanılan nailiyyətlərin böyük məmnunluq doğurduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
Finlandiyanın səfiri xanım Arya Makkonen, Danimarkanın səfiri Svend Olinq, Yunanıstanın səfiri Nikolas Kanellos, Macarıstanın səfiri Viktor Szederkenyi, Bolqarıstanın səfiri Nikolay Yankov və Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanda olmaqdan məmnunluqlarını bildirib və əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.
Sonda xatirə şəkli çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
BNA-dan sürücülərə xəbərdarlıq
17.12.2018
DGK daha bir maarifləndirici videoçarx hazırlayıb
16.12.2018
Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək
14.12.2018
Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
14.12.2018
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10528

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info