Anna Netrebko və Yusif Eyvazov Mayamidə çıxış edəcəklər
Tarix: 23.09.2018 | Saat: 09:34:00 | E-mail | Çapa göndər



Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) oktyabrın 28-də Mayaminin “Knight” konsert zalında (“Knight concert hall”) birgə konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC “Knight” konsert zalının saytına istinadla xəbər verir ki, musiqiçilərin ifasında C.Verdi, A.Boyto, A.Katalani, C.Puççini, P.Maskanyi, F.Çilea və digər bəstəkarların əsərləri səsləndiriləcək.
Dünya operasının ulduzu A.Netrebko yaddaqalan səhnə obrazları yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.
Musiqi karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Azərbaycanlı musiqiçinin adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
“Kamran Əliyev - 65” biblioqrafiyası çapdan çıxıb
17.12.2018
“Mənim tanıdığım adam” adlı kitab işıq üzü görüb
17.12.2018
Mikayıl Bozalqanlının şeir dünyası
17.12.2018
Böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək
17.12.2018
“...VƏ BÜTÜN QARANLIQ OTAQLAR“ adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10528

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info