Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
Tarix: 23.09.2018 | Saat: 09:43:00 | E-mail | Çapa göndər



İranda törədilən terror aktına görə məsuliyyəti ABŞ-ın dəstəklədiyi dövlətlər daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamneyi deyib. O, terror aktı zamanı həlak olanların ailələrinə başsağlığı verərək bildirib ki, terrorun məqsədi xalqı qorxudub azadlıq və istiqlaliyyət yolundan döndərməkdir. Lakin düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər. İran xalqı azadlığını və istiqlaliyyətini qorumaq uğrunda mübarizəsini daim davam etdirəcək.
Ali Lider ölkənin kəşfiyyat orqanlarına xüsusi tapşırıq verərək terror aktını törədənlərin tez bir zamanda tutulub məsuliyyətə cəlb olunmalarını tələb edib.
İran prezidenti Həsən Ruhani televiziya müraciətində bildirib ki, ABŞ və onun müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, rəsmi Tehran nüvə proqramını davam etdirəcək. Heç bir terror aktı İranı yolundan döndərə bilməz.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, terror nəticəsində ölənlər arasında uşaqlar, qadınlar və jurnalistlər də var. Nazir məsuliyyəti ABŞ-ın üzərinə qoyaraq bildirib ki, İran öz vətəndaşlarını qoruyacaq və bu terror aktına qısa zamanda kəskin cavab veriləcək.
Xatırladaq ki, İranda “Müqəddəs müdafiə” həftəsi ilə əlaqədar hər il sentyabrın 22-də böyük şəhərlərdə hərbi parad keçirilir. Dünən Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı nəticəsində azı 25 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Almaniya 2019-cu ildə Misir və BƏƏ-yə 1 milyard avro dəyərində silah satıb
16.06.2019
Pompeo İranı ittiham edib
16.06.2019
İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək
16.06.2019
Türkiyədə 8 terrorçu zərərsizləşdirilib
16.06.2019
Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info