Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
Tarix: 24.09.2018 | Saat: 10:44:00 | E-mail | Çapa göndər



Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Xətai Bağırov fərqlənib.
Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva bildirib ki, yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yetirmələrinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım. Razıyam, müəyyən səhvlərə yol verdik. Xüsusilə də hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Bir qədər hücumda axşamalar oldu. Biz Yüksək Liqada milliyə hazır hesab etdiyimiz oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi.
Qazaxıstan milli komandasının baş məşqçisi Rikardo Kaka deyib: "Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq, dəyişikliklərlə tanış oldum. Yoldaşlıq oyunu keçirməyə ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi. Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı".




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub
17.10.2018
UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub
16.10.2018
Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb
16.10.2018
UEFA Millətlər Liqası: İngiltərə-İspaniya oyununda beş qol

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info