Azərbaycanda dövlət-din münasibətləri bütün dünyaya örnək olmalıdır
Tarix: 24.09.2018 | Saat: 12:12:00 | E-mail | Çapa göndər



“Azərbaycan dövlətçilik tarixində din” mövzusunda seminar keçirilib


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Azərbaycan dövlətçilik tarixində din” mövzusunda seminar keçirib.
Seminarda institutun rəhbər-müəllim heyəti, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycanda dövlət-din münasibətlərindən danışan Aİİ rektoru Ceyhun Məmmədov bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunduğunu bildirib. C.Məmmədov Aİİ-nin maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların, görüşlərin təşkil edildiyini söyləyib. Dəyirmi masanın din tariximiz, dövlətçiliyimiz baxımından vacib olduğunu vurğulayan C.Məmmədov Azərbaycanda tarixən müxtəlif dinlərin, etiqadların, mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd edib. Müasir Azərbaycanda dövlət-din münasibətlərinin nəinki müsəlman ölkələrində, hətta bütün dünyada örnək qəbul edilə biləcəyini söyləyən C.Məmmədov uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşamasının bunun əyani göstəricisi olduğunu vurğulayıb.
Sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli mövzuya aid geniş məruzə ilə çıxış edib. D.Əzimli əsasən orta əsrlərdə Azərbaycan ərasizində mövcud olan dövlət-din münasibətlərindən danışıb. Orta əsrlərin dünya tarixində müstəqil dövlətlərin yaranma dövrü olduğunu bildirən tarixçi dövlətin həyatında dinin rolu, Azərbaycan dövlətçilik tarixində bu prosesin necə getdiyi barədə məlumat verib. D.Əzimli dünya sivilizasiyalarının mərkəzlərindən biri sayılan Azərbaycanın 5 min illik dövlətçilik tarixinin olduğunu, burada zaman-zaman müxtəlif dinlərin yayıldığını bildirib. Dünya tarixində silinməz izlərini qoymuş Azərbaycan dövlətlərinin həyatında dinin rolunu yüksək qiymətləndirən tarixçi bu gün ölkəmizdə türbələrin, pirlərin, qədim tarixi abidələrin çoxluğunu buna əyani sübut kimi göstərib.
Orta əsrlərdə dövlətçilik məsələlərində dini münasibətlərin aparıcı yerdə olduğunu bildirən D.Əzimli bu dövr boyu Azərbaycanda mövcud olmuş, yayılmış, hakim status qazanmış dini cərəyanlar, təriqətlər haqqında geniş elmi izah verib. Tarixçi, orta əsrlər Azərbaycan dövlətçiliyində təriqətlərin rolunun öyrənilməsini tarixşünaslığımızda yeni bir mərhələ olduğunu və aktuallıq təşkil etdiyini vurğulayaraq, qeyd edib ki, indiyə qədər bir o qədər də diqqətə alınmayan bu sahə dövlətçilik məsələlələrində ciddi rol oynayıb. Azərbaycanda mövcud olmuş ayrı-ayrı dövlətlərin dini-ictimai həyatında müxtəlif təriqətlərin rolundan və təsirlərindən bəhs edən tarixçi Şirvanşahlar dövlətinin həyatında xəlvətiyyə təriqətinin, Bayanduru sülaləsinin, yəni Ağqoyunluların hakimiyyəti dövründə sufiliyin böyük nüfuza malik olduğunu qeyd edib. Bildirib ki, sufiliyin daha da yayılması Azərbaycan Səfəvilər imperiyasının yaradılması ilə nəticələnib.
Azərbaycanda Əfşarlar sülaləsi iqtidara gəldikdən sonra dini münasibətlərə xüsusi əhəmiyyət verildiyini, Türk dünyasında yaranan dini parçalanmanı aradan qaldırmaq üçün dini vəhdətin təbliğ edildiyini qeyd edən D.Əzimli: “Azərbaycan Cümhuriyyətinin iqtidarı dönəmində də dini münasibətlərə xüsusi qayğı ilə yanaşılırdı və ölkədə dini dözümlülük mövcud idi. Bu gün Azərbaycan Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında da Cümhuriyyət dönəmindəki dini münasibətlər mövcuddur. Ölkədə dini müəssisələr daima dövlət qayğısındadır” – deyə fikrini tamamlayıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ermənistan atəşkəs rejimini 27 dəfə pozub
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info