İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”
Tarix: 24.09.2018 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib. Əvvəlcə tədbir iştirakçıları Mikayıl Müşfiqin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyub, nakam şairin xatirəsini hörmətlə anıblar.
Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. İ.Həbibbəyli deyib: “Mikayıl Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biridir. O, qısa ömründə Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”.

Qeyd olunub ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Sonra Ədəbiyyat İnstitutu əməkdaşlarının “Milli poetik sistemin təkamülündə Mikayıl Müşfiqin rolu”, “Milli azadlıq carçısı Mikayıl Müşfiq”, “Müşfiq poeziyasında uşaq dünyası”, “Səməd Vurğun və Mikayıl Müşfiq”, “Mikayıl Müşfiqin poema yaradıcılığı” mövzularında məruzələri dinlənilib.
Ədəbiyyatşünas alimlər görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar. Vurğulanıb ki, Müşfiqin yaratdığı solmaz sənət inciləri yaddaşlara əbədi həkk olunub. Onun yaşlı nəsillə yanaşı, gənclər arasında da dillər əzbəri olan şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
“Azərbaycan Gülüş Liqası”nın rəsmi açılış mərasimi baş tutub
20.06.2019
Sankt- Peterburqda Türk Kinosu ğünləri
19.06.2019
Jitomirdə ukraynalı rəssamın Azərbaycanla bağlı əsərlərinin sərgisi keçirilib
19.06.2019
Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olacaq
19.06.2019
Beynəlxalq Muğam Mərkəzində “Musiqi qüvvəsi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info