Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
Tarix: 24.09.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrə ödənişsiz dərsliklərin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Aİİ rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu, Aİİ-də dövlətimizin qayğı və təminatı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla təşkil edildiyini, bütün dərs vəsaitlərinin pulsuz verildiyini diqqətə çatdıran rektor tələbələrin dərs vəsaiti ilə təmin olunmasını birbaşa cənab Prezidentin göstərişi əsasında həyata keçirildiyini vurğulayıb. Aİİ-nin, nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə, İslamın mahiyyətini, dinin əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan insitututda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub.
Sonra Aİİ rəhbərliyi tərəfindən institutun I-IV kurs tələbələrinə İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, Əqaid, Təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, Fars dili, İngilis dili fənlərindən dərsliklər təqdim edilib. Bildirilib ki, digər fənlər üzrə də kitabların verilməsi ən yaxın günlərdə təmin olunacaq.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info