Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
Tarix: 24.09.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


“İndiki hakimiyyət nümayəndələri bolşevikləri xatırladır”

Hər şeydən əvvəl, xatırlatmağa dəyər ki, Avropa erməni birliyi forumunun rəhbəri Aşot Qriqoryan biznesmendir. Bir müddət əvvəl, İrandan gəlib Ermənistandan keçməklə Avropaya çatacaq «Yeni İpək Yolu»nun yaradılmasını təklif edənlərdən biri də məhz Qriqoryan olub. Daha sonralar Karen Karapetyan və Serj Sarkisyanla münaqişə yaşayan forum rəhbəri avropalıları Ermənistana sərmayə qoyarkən diqqətli olmağa çağırmışdı. Belə görünür ki, onun hazırkı erməni hakimiyyətinə də münasibəti birtərəfli deyil. Bunu onun ermənilərin «1in.am» saytına verdiyi müsahibədə də müşahidə etmək olar. Beləliklə, Qriqoryan deyir: «Bu gün Ermənistanda inqilabın izləri, hələ ki, görünmür. Doğrudur, «məxməri inqilab»la ölkədə hakimiyyət dəyişikliyinə nail olunub, lakin bütün bu baş verənlərə inqilab demək doğru olmazdı. Ona görə də mən sabiq hakimiyyət rəhbərlərinin qulaqlarının yeni baş nazirin arxasınca şəklənmədiyinə hələ də inanmıram. Belə görünür ki, onlar Levon Ter-Petrosyanın tamadalığı ilə hələ də əl-ələ verib birgə işləyirlər. Odur ki, Ermənistandakı hakimiyyət dəyişikliyini inqilab kimi dəyərləndirmək, məncə, gülünc olardı. Bu gün biz inqilab haqqında danışarkən güclü bir dəyişiklik görməliyik. Hazırda Ermənistandakı yaşantılar, xalqı ağ-qaraya ayırmaq mənə uzun müddət yalan vədlərlə insanları idarə etməyə müvəffəq olan bolşevikləri xatırladır. Ona görə də «məxməri inqilab»dan sonra arzu etdikləri dəyişikliklərin izlərini belə, hələ də görməyən erməni xalqından hakimiyyətin böyük qorxusu var».
Koçaryan haqqında danışan forum rəhbəri onun hakimiyyəti Sarkisyana ötürməsini böyük səhv kimi dəyərləndirir: «Mən dəfələrlə bunu Koçaryanın ən böyük səhvi kimi dəyərləndirmişəm. Koçaryan bununla Ermənistanda cinayətkar oliqarx sistemin formalaşmasına, onun inkişafına böyük stimul vermiş oldu. Məhz Sarkisyanın hakimiyyəti dövründə korrupsiya inkişaf edərək pik həddə çatdı. Onu da deyim ki, hətta beş-altı il bundan əvvəl Koçaryanın özünü təsdiq etmək, ona atılan «iftiralardan» qurtulmaq şansı var idi. Bunun üçün o, Serj Sarkisyanı məhkəməyə sürükləməliydi. Lakin bu baş vermədi. Bu gün isə baş verən hadisələr Koçaryanın ən pis günahlarından biridir ki, o cəzalandırılır. Əgər onun doğru siyasi iradəsi olsaydı, indi o bu vəziyyətə düşməzdi. Bu gün yeni hakimiyyətin Koçaryanı konstitusiya qaydalarını devirməkdə ittiham etməsi gülünc görünür. Doğrudan da, əgər Paşinyan, Koçaryan və ya Sarkisyanı mühakimə etmək istəyirsə, bunun üçün başqa, tutarlı vasitələr tapa bilərdi. Deyim ki, bunun üçün onun gözəl imkanları da var. Amma o, bunları etmir və belə görünür ki, bunların heç biri nə etdiklərini hələ də anlamırlar».

“Düşünürəm ki, biz Ermənistanı irəli apara biləcək baş nazir vəzifəsinə namizəd tapa biləcəyik. Ona görə də, Avropada olduğu kimi, Ermənistanda da hakimiyyət bir müddət siyasi qüvvələrə deyil, mütəxəssislərə həvalə edilməlidir. Məhz onlar Ermənistanı düşdüyü bataqlıqdan çıxara bilərlər. Bu gün artıq sübut olunub ki, Ermənistanın İqtisadiyyat Nazirliyində çalışarların əksəriyyəti ciddi işlə məşğul olmurlar. Çünki onlar bu sahənin adamları deyillər”

Maraqlıdır ki, sayt əməkdaşının «Koçaryan Rusiya mətbuatında Ermənistanın ünvanına ittihamlar yağdırmaqla gələcək planlarında Kremldən dəstək alacaqmı» sualını cavablandıran Qriqoryan deyir: «Demək olar ki, bütün bunları qiymətləndirmək üçün bu proseslərin iştirakçısı olmaq lazımdır. Lakin bütün bunlara baxmayaraq, mən hələ də Kremlin Koçaryanın arxasında dayandığına şübhə ilə yanaşıram».
«Yeni hakimiyyətə ölkənin gələcəyi ilə bağlı hansı təklifləriniz var?», -deyə soruşan əməkdaşın sualına forum rəhbərinin cavabı belədir: «Mən özümü, bir sənaye adamı kimi, qurtuluşumuzu istehsalı bərpa edib, güclü bir iqtisadiyyat qurmaqda görürəm. Bu gün ölkədə kimyəvi istehsala, ilk növbədə "Nairit"ə və hərbi sənayeyə ciddi yanaşmalıyıq. Bu gün bu, Ermənistanda mübarizə meydanına dönmüş seçki prosesindən min dəfə vacibdir. Bundan əlavə, bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı bir vəziyyətdədir. Düşünürəm ki, biz Ermənistanı irəli apara biləcək baş nazir vəzifəsinə namizəd tapa biləcəyik. Ona görə də, Avropada olduğu kimi, Ermənistanda da hakimiyyət bir müddət siyasi qüvvələrə deyil, mütəxəssislərə həvalə edilməlidir. Məhz onlar Ermənistanı düşdüyü bataqlıqdan çıxara bilərlər. Bu gün artıq sübut olunub ki, Ermənistanın İqtisadiyyat Nazirliyində çalışanların əksəriyyəti ciddi işlə məşğul olmurlar. Çünki onlar bu sahənin adamları deyillər».
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır
07.05.2019
Dava qrant davasıdır...
02.05.2019
İnkişaf müxalifətə sərf etmir...
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info