Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
Tarix: 24.09.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Balakən rayonunun Mahamalar kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Su təchizatı sisteminin tikintisi” layihəsinin icrası uğurla başa çatıb. Sentyabrın 24-də bu münasibətlə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın uğurla davam etdiyini, qrant yardımı proqramı çərçivəsində indiyədək Balakəndə bu layihə də daxil olmaqla, ümumi dəyəri 389 min 116 ABŞ dolları olan 4 layihənin reallaşdığını diqqətə çatdırıb.
Səfir Teruyuki Katori bildirib ki, bütün dünyada “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı”nın 30 illiyinin qeyd olunduğu bir zamanda Balakən rayonunun iki kəndində su təchizatı ilə bağlı layihənin icra edilməsi sevindirici haldır. Bu layihələrin icrası nəticəsində rayonun Mahamalar və Hənifə kəndlərinin əhalisinin içməli su ilə təminatı daha da yaxşılaşacaq. Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 88 min 979 ABŞ dolları təşkil edir.
Kəndin su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info