Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
Tarix: 24.09.2018 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Sentyabrın 24-də Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın qatıldığı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun açılış mərasimi keçirilib.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xüsusi Olimpiya Hərəkatına həsr olunmuş videoçarx nümayiş olunub.
Gənclər və idman naziri A.Rəhimov çıxış edərək bildirib ki, Azərbaycan dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyur: “Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. 2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Bu Forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə bu hərəkatın inkişafı üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, biz Xüsusi Olimpiya Oyunlarında medallar qazanmışıq. Mən Azərbaycanda Xüsusi Olimpiya hərəkatına dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm". Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri T.Şriver isə deyib ki, burada iştirak edən gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyəti olan insanı, ümumilikdə, hamı üçün inklüzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər. Sonra Xüsusi Olimpiya Hərəkatının bayrağı səhnəyə gətirilib və hərəkatın məşəli nazir A.Rəhimova təqdim olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda keçirilən inklüzivliyi təşviq edən forumda iştirak edəcək. Xüsusi Olimpiya Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.
Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı 100 liderlərin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayacaqlar. Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək. Beş günlük Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənir.
Xüsusi Olimpiya hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.
Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək.
Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
“Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə”
22.10.2018
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq
22.10.2018
Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında Niyyət Protokolu imzalanıb
22.10.2018
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edilib
22.10.2018
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info