Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
Tarix: 24.09.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Moldova Prezidenti İqor Dodon qanunsuz qərarlar qəbul edən Konstitusiya Məhkəməsinin və bunun arxasında duran siyasətçilərin məsuliyyətə cəlb olunacağını bildirib. TASS xəbər verir ki, İqor Dodon bunu Konstitusiya Məhkəməsinin prezidentin icazəsi olmadan hökumətə yeni təyinatlar etməyə imkan verən qərarını “Facebook” sosial şəbəkəsində şərh edərkən deyib. Ötən həftə parlamentə və hökumətə nəzarət edən Moldova demokratik partiyası Nikolay Çubuku kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri, Silviya Radunu isə səhiyyə, əmək və sosial müdafiə naziri təyin etdiyi barədə qərarını açıqlayıb. İqor Dodon əvvəlki nazirlərin istefasını qəbul etsə də, yeni təyinatları təsdiqləməyib. Lakin Baş nazir Pavel Filip başqa namizədləri irəli sürməyərək Konstitusiya Məhkəməsinə müraciət edib. Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi sentyabrın 24-də prezidentin səlahiyyətlərini müvəqqəti dayandıraraq, hökumətdə iki naziri onun əvəzinə qərbyönümlü koalisiyaya nəzarət edən parlament sədrinin, yaxud baş nazirin təsdiqləməsi barədə qərar çıxarıb. İqor Dodon artıq dördüncü dəfədir ki, hakimiyyətdən müvəqqəti olaraq kənarlaşdırılır və bunun üçü məhz nazir təyinatları ilə bağlı olub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info