Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
Tarix: 24.09.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda xurma yığımına start verilib və ilk günlərdən istehsal olunan məhsul Rusiya bazarlarına çıxarılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə bağlarda bol xurma yetişdirilib. Rayonda kütləvi yığım kampaniyasına hər il oktyabrın birinci ongünlüyündən başlansa da, artıq bir neçə gündür ki, əksər ərazi vahidlərində xurma yığılır və tədarük olunan meyvə birbaşa Rusiya bazarlarına göndərilir. Hələlik Rusiyaya 50 ton xurma ixrac olunub. Qeyd edək ki, Göyçayda, ümumilikdə, 6031 hektar meyvə bağları var. Bunun 1417 hektarı xurma bağıdır. Son illər bu sahəyə maraq artmaqdadır. Belə ki, son iki ildə rayon ərazisində 200 hektarda yeni xurma bağları salınıb. Xurma bağları əsasən Cəyirli, Potu, Qarabaqqal, Mirzəhüseynli, Ərəbcəbirli, Çayarxı, Qızılağac, Məlikkənd, Kürdmaşı və bir sıra digər kəndləri əhatə edir. Ötən il bağlardan 18863,5 ton məhsul götürən bağbanlar cari ildə istehsalın 19 min tondan çox olacağını proqnozlaşdırırlar. Hər il olduğu kimi, bu il də yığılan məhsulun 95 faizi Rusiya, habelə Ukrayna bazarlarına göndəriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
24.05.2019
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib
23.05.2019
Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,4 milyard manatadək vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info