Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
Tarix: 25.09.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər



Sentyabrın 24-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru Səudiyyə Ərəbistanının keçdiyi inkişaf yolundan, müxtəlif sahələri əhatə edən uğurlara imza atmasından danışıb.
Səfir Səudiyyə Ərəbistanının beynəlxalq və regional miqyasda artan mövqeyinə də toxunub. O, Səudiyyə Ərəbistanı Krallığının İslam dünyasının birliyi, əməkdaşlığı yolunda daim çalışdığını vurğulayıb.
Diplomat ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Hər iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin baş verdiyini vurğulayıb. Səfir ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Mübariz Qurbanlı rəsmi qəbulda çıxış edərək Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. O deyib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına ilk səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi münasibətlər sonrakı illərdə durmadan inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində dövlət başçılarımız arasında, eləcə də digər səviyyələrdə keçirilmiş çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verib. Səudiyyə Ərəbistanı həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir
22.10.2018
“Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik”
22.10.2018
Hikmət Şikarov: “Star”ın açılışı regionun tərəqqisinə öz töhfəsini verəcək”
22.10.2018
Nyu-Yorkda Azərbaycanla bağlı bayram mərasimi keçirilib
22.10.2018
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info