Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
Tarix: 25.09.2018 | Saat: 09:14:00 | E-mail | Çapa göndər



Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov bu təşkilatın baş direktorunun təhsil məsələləri üzrə yeni təyin olunmuş müavini Stefaniya Giannini ilə görüşüb.

Səfir Anar Kərimov S.Gianninini yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizlə UNESCO arasında təhsil sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizdə yaradılmış UNESCO kafedraları, eləcə də qurumun assosiativ məktəblər şəbəkəsinə üzv məktəblərimiz vasitəsilə əməkdaşlığın uğurla davam etdiyi, gələcəkdə bu məktəblərin sayının artırılmasının vacibliyi qeyd olunub. Həmçinin ölkəmiz və UNESCO-nun Beynəlxalq Təhsil Bürosu arasında kurrikulumun hazırlanması üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
A.Kərimov ölkəmizin bu təşkilatla texniki peşə təhsili və təlimi üzrə əməkdaşlıq etməkdə, eləcə də şəhərlərimizin UNESCO-nun Öyrənən Şəhərlər üzrə qlobal şəbəkəsinə qoşulmasında maraqlı olduğunu diqqətə çatdırıb. UNESCO-nun qızların təhsili üzrə Afrikanın 4 ölkəsində Azərbaycanın dəstəyi ilə həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, həmin layihələr Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
UNESCO baş direktorunun təhsil məsələləri üzrə müavini S.Giannini təhsil sahəsində Azərbaycan-UNESCO əməkdaşlığını müsbət qiymətləndirib, ölkəmizə təşkilatı dəstəklədiyi üçün təşəkkür edərək gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb.
Sonda Stefaniya Gianniniyə ölkəmiz haqqında kitablar hədiyyə edilib və ölkəmizə səfərə dəvət edilib.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Anadaolu Atəşi” rəqs qrupu dünya turuna başlayır
15.02.2019
VII Muğam Televiziya Müsabiqəsinin seçim turları yekunlaşıb
15.02.2019
Özünü yeni prizmadan tanımaq üçün əla fürsət
15.02.2019
Masallı şəhər Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlının 120 illiyi qeyd olunub
15.02.2019
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info