Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
Tarix: 25.09.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər olan “açıq mikrofon” praktikası geniş sürətdə keçirilir. Əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və problemləri operativ aradan qaldırmaqdan ibarətdir. Növbəti belə səyyar görüş Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə Şahin Xəlilov küçəsində yeni təmir edilmiş abad məhəllənin və 300 nəfərlik xeyir-şər evinin açılışında olub. Keçirilmiş səyyar görüşlər olan “açıq mikrofon”da 300-dən çox qəsəbədə sakinləri iştirak edib.
Tədbirdə Rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Prezident tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunublar. Yeni salınmış abad məhəllə orada yerləşən çoxmərtəbəli bina sakinlərinin istifadəsinə verilib. Bu məhəllədə olan binaların 1100 kv.m dam örtüyü təmir edilib, 2000 kv.m asfalt örtüyü salınıb, 500 kv.m tamet, 4000 p/m bordür quraşdırılıb. Bloklarda 26250 kv.m, binaların fasadlarında 20000 kv.m emulsiya işləri görülüb, 46 ədəd küçə işıqları, 268 ədəd blok işıqları quraşdırılıb. 3 dəst uşaq meydançası, 6 ədəd kölgəlik burada yaşayan ailələrin asudə vaxtlarını keçirmək üçün quraşdırılıb. Binaların ətrafında 16 ədəd izləyici kameralar quraşdırılıb. Ətrafda yaşıllaşdırma işləri aparılıb, 5000 kv.m ərazi yaşıllaşdırılıb, ağac və gül kolları əkilib.
Açılış mərasimində iştirak edən ağsaqqallar burada yaşayan 500 yaxın ailə adından çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırıblar. Görüşdə çıxış edən 20 nəfər sakin onları narahat edən məsələlərin həlli üçün müraciət etdilər və onların qaldırdıqları problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aidiyyəti üzrə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Daha sonra qəsəbə sakinlərinə Prezident tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Bu yazın ölüm ayı
20.05.2019
Masallı rayonu hesabat verdi
20.05.2019
Əsl insan, vətənpərvər incəsənət xadimi-Davud İmanov
19.05.2019
“Azərişıq” ölkənin qərbində gücləndirilmiş iş rejiminə keçib
19.05.2019
Tovuzda məktəb, muzey və “ASAN xidmət” mərkəzinin tikintisi davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info