Siyəzənin Tuğay kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
Tarix: 25.09.2018 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-də Siyəzən rayonunun Tuğay kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. Ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin fevral ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 300 kvadratmetrdir. Tuğay kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyev müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Məktəbin direktoru Solmaz İlyasova çıxışında Tuğay kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər. Açılış mərasimindən sonra şagirdlər məktəb zənginin sədaları altında yeni sinif otaqlarına daxil olublar.




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
07.12.2018
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
07.12.2018
Cümhuriyyət Parlamentinin yaradılması dövlətçilik tariximizin parlaq səhifəsidir
07.12.2018
Bu il Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub
07.12.2018
Məktəbəhazırlıq müəllimləri imtahan verəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info