Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
Tarix: 25.09.2018 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Bu, mənim Naxçıvana artıq üçüncü səfərimdir. Qədim diyarınız çox gözəldir. Xüsusən buradakı təmizlik və qonaqpərvərlik insanı özünə çəkir. Əvvəlki səfərlərimdə az da olsa, Naxçıvanı gəzmək imkanım olub və deyə bilərəm ki, bir litvalı kimi buradakı uca dağlar və mineral sular mənim üçün çox cazibədardır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“Hesab edirəm ki, ölkənizə, o cümlədən Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayını artırmaq üçün geniş imkanlarınız var. Ona görə də qarşıdakı dövrdə Azərbaycan Respublikasına, o cümlədən Naxçıvan Muxtar Respublikasına səyahət edən avropalı turistlərin sayını artırmaq üçün səylər göstərilməli, tur-agentlər bu istiqamətdə işləməli, bir-birimizi daha yaxından tanımalıyıq”, – deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri bildirib ki, sıx turizm əlaqələri hər iki tərəfi bir-birinə daha da yaxınlaşdıracaq.
Kestutis Yankauskas deyib: “Biz burada keçirdiyimiz görüşlərdən çox məmnun qaldıq. İstər təhsil ocaqlarında, istərsə də sahibkarlarla görüşlərdə insanların gördüyü işə yaradıcı münasibətin şahidi olduq. Keçirdiyimiz mətbuat konfransında maraqlı suallar verildi. Heydər Əliyev adına məktəbdə, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində təşkil edilən görüşlərdə şagird və tələbələrin fəallığının şahidi olduq. Bu, təkcə mənim üçün deyil, bütün avropalı səfirlər üçün çox xoşdur. Avropada təhsil almaq istəyən, Avropa İttifaqı dəstəkli təhsil və kiçik biznes layihələrinə maraq göstərən insanlarla tanış olmaq üçün Naxçıvanda keçirilən “Avropa günləri” həm burada yaşayan insanlar, həm də elə bizim üçün əla fürsət idi”.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Naxçıvanqalada təşkil olunmuş “Avropa şəhərciyi”nə minlərlə insanın maraq göstərməsi sevindirici haldır. “İnsanların yeni dostlar qazanması, digər mədəniyyətlərlə qiyabi də olsa tanışlığı baxımından burada keçirilən tədbir unudulmaz oldu. Həqiqətən, bu diyardan dərin təəssüratla ayrılırıq”, – deyə Kestutis Yankauskas qeyd edib.
Xatırladaq ki, sentyabrın 21-dən 23-dək Naxçıvan Muxtar Respublikasında “Avropa günləri” keçirilib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
10.12.2018
Ağdamın 20 yaşayış məntəqəsində 35 subartezian quyusu qazılacaq
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info