Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
Tarix: 25.09.2018 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Bu barədə məlumat verən Z.Kazımova bu gündən iş başında olduğunu bildirib: “İlk fəaliyyətimə başlayanda mətbuata sosial mövzularla gəlmişəm. İctimaiyyətlə əlaqələr sahəsində isə fəaliyyətim əsasən təhsillə bağlı idi. Bununla yanaşı, fəaliyyətim Azərbaycanda xaricidilli medianın inkişafı, ölkəmizin təbliği, beynəlxalq arenada təbliğatı da olub”. Z.Kazımova bildirib ki, Xalça Muzeyinin də məqsəd və vəzifələrindən biri Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, təbliğ olunması və bu mədəni irsimizi bütün dünyaya çatdırmaqdır: “Bu baxımdan, bu sahə mənə çox doğma və yaxındır. Xatırladım ki, ilk dəfə Dövlət radiosunda ilk süjetim xalça sexindən olub”. Xatırladaq ki, Zeynab Kazımova bundan əvvəl Bakı Ali Neft Məktəbində və Azərbaycan Dillər Universitetində mətbuat katibi işləyib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info