Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
Tarix: 25.09.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Yaponiya hökumətinin həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Zaqatala rayonunun Aşağı Tala və Qax rayonunun Cəlayir kəndlərindəki tibb məntəqələrinə ikinci əl təcili tibbi yardım maşınları təqdim olunub. Bu münasibətlə sentyabrın 25-də təşkil olunan mərasimlərdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi və bu kəndlərin sakinləri iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala rayonunun Aşağı Tala kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, dost ölkənin qrant yardımı proqramı çərçivəsində Zaqatalada icra olunan layihələrin sayının artıq 10-a çatdığını bildirib. Diqqətə çatdırılıb ki, kənddəki tibb məntəqəsi də “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa edilib və 2017-ci ildə sakinlərin istifadəsinə verilib. Yaponiyanın ölkəmizdəki səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 11 ildir ki, uğurla davam etdiyini vurğulayan icra hakimiyyətinin başçısı bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Səfir Teruyuki Katori Yaponiyadan ikinci əl təcili tibbi yardım maşınlarının gətirilməsi ilə bağlı layihənin Azərbaycanda ilk dəfə icra olunduğunu deyib. Məqsəd sakinlərə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Məlumat verilib ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 19 milyon 983 min ABŞ dolları olan 234 layihə üzrə qrant müqaviləsi imzalanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyev qrant yardımı proqramı çərçivəsində tibb sahəsində həyata keçirilən layihələrə görə kollektiv adından səfirə minnətdarlığını bildirib. Səfir Teruyuki Katori Yaponiya istehsalı olan təcili tibbi yardım maşınının açarlarını rayon icra hakimiyyətinin başçısına təqdim edib. Sonra təcili yardım maşınına baxış keçirilib. Həmin gün Qax rayonunun Cəlayir kəndindəki tibb məntəqəsinə də ikinci əl təcili tibbi yardım maşını təqdim olunub. Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində rayonda icra olunan layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən uğurla davam edir. Ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində Qax rayonunda məktəb tikintisi, tibb və ekologiya sahələrini əhatə edən 9 layihə üzrə müqavilə imzalanıb. Bu layihələrdən 8-nin icrası artıq başa çatıb. Qıpçaq kəndində uşaq bağçasının tikintisi layihəsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir. Səfir Teruyiki Katori Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin çox dərin köklərə malik olduğunu, hazırda hər iki ölkənin rəhbərlərinin səyi ilə bu əlaqələrin daha da möhkəmlənməsi üçün davamlı iş aparıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq, onlara göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Qax Rayon Mərkəzi Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə rayonun tibb işçiləri adından səfirə minnətdarlığını bildirib. Səfir Teruyuki Katori təcili tibbi yardım maşınının açarlarını rayon icra hakimiyyətinin başçısına təqdim edib. Sonra tədbir iştirakçıları tibb məntəqəsində yaradılan şəraitlə tanış olub, təcili tibbi yardım maşınının imkanları ilə maraqlanıblar.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib
13.12.2018
“Sağlam məktəbli” layihəsi davam edir
13.12.2018
Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info