Nəsimi rayonunda yeni park istifadəyə verilib
Tarix: 25.09.2018 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Nəsimi rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Cari ilin may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H. Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilib, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqyaslı abadlıq işləri aparılıb, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, mövcud ağaclar budanıb, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m-dən artıq süni qazon döşənib, 500 metrdən artıq suvarma xətti çəkilibdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasir işıqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılıb, 10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunub, park boyunca idman yürüşü üçün zolaq salınıb. Cavadxan küçəsi boyunca 0,03 ha sahədə əsaslı təmir və abadlıq işləri davam etdirilərək parka əlavə olunub, yeni yaradılmış istirahət guşəsi ötən gündən sakinlərin istifadəsinə verilib. Parkda sakinlərin istirahəti, uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, yeni avadanlıq və qurğular quraşdırılıb, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulub. Bu ünvandakı uşaqların da asudə vaxtlarını maraqlı keçirmələri üçün xüsusi uşaq əyləncə avadanlıqları quraşdırılıb. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən 8 ədəd gecə işıqlandırılması sistemləri quraşdırılmış, 500 kvm qazon döşənmiş, uzunluğu 150 metr olan beton qaçış-yürüş yolu əvvəlki parkdakı yürüş zolağına əlavə olunmuş, 1050 kvm əraziyə tamet daşları döşənmiş, 250 p.m bordür daşları qoyulub.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşdü. Sakinlərlə görüş zamanı Asif Əsgərov ölkəmizdə, o cümlədən Nəsimi rayonunda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr barədə sakinlərə geniş məlumat verdi. Görüş zamanı sakinləri maraqlandıran suallar cavablandırıldı, qaldırılan problemlərin operativ həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi. Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Prezident: Azərbaycanın beynəlxalq nüfuzu, gücü artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir
16.10.2018
Prezident İlham Əliyev: “Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq
16.10.2018
Prezident: Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur
15.10.2018
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
15.10.2018
Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işləri davam etdiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10249

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info