“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
Tarix: 25.09.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə "Bakı Elektron Ticarət Forumu 2018" işini davam etdirir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın, qeyri-neft sektorunun inkişafının Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet sahələrindən biri olduğunu deyib. Bildirib ki, ölkəmizdə aparılan geniş iqtisadi islahatlar biznes və investisiya mühitinin inkişafına təkan verib: "Hazırda Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir. Son dövrlər internet bağlantısı sürətlə inkişaf edir. Bir neçə elektron ödəniş sistemləri istifadəyə verilib. Elektron ticarətin davamlı inkişafı üçün ölkədə qanunvericilik bazası təkmilləşdirilməlidir. Elektron ticarətin istehlakçılara daha tez çatdırılması bizim üçün çox vacibdir. Hazırda "Azərpoçt"un 1800-ə yaxın filialı fəaliyyət göstərir. Ölkəmizdə 8 “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib. Bunun 5-i Bakıda, 3-ü isə regionlardadır. Bu xidmətin sayının artırılması istiqamətində iş aparılır". O, "Bakı Elektron Ticarət Forumu 2018"də irəli sürülən təkliflərin, ideyaların ölkəmizdə elektron ticarətin inkişafına təkan verəcəyini bildirib. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər, elektron ticarətin inkişafı istiqamətində aparılan işlərdən danışıb. Forumun ikinci günü "E-kommersiya bacarıqlarının inkişafı", "Elektron kommersiyanın inkişafı üçün İKT infrastrukturu və xidmətləri", "Maliyyələşdirilmə əlçatanlığı" mövzusunda keçirilən sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər. Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdirirlər. Qeyd edək ki, ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktik tətbiq imkanlarının müəyyənləşdirilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Milliyet.com.tr”: “Star” neft emalı zavodu Avropada üç zavoddan biri olacaq”
18.10.2018
Balakəndə yeni yaradılan 60 kameralı tütün qəbulu məntəqəsində 90 nəfər işlə təmin olunub
18.10.2018
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18.10.2018
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info