“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq
Tarix: 25.09.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də “Azər-İlmə” Xalçaçılıq Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ali qonaq burada xalçaçılıq emalatxanasına, tədris mərkəzinə və “Sehrli ilmələr” qalereyasına baxıb. Monqolustan Prezidentinə məlumat verildi ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış “Azər-İlmə”nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır. Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb. Bildirilib ki, Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların nəticəsi olaraq müxtəlif kitablar, broşürlər, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər Akademiyasının “Xalçaşünaslıq” sektoru da məhz “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin bazası əsasında fəaliyyət göstərir. Ali qonaq “Sehrli ilmələr” qalereyasında saxlanılan Azərbaycanın qədim xovlu və xovsuz xalça nümunələri ilə tanış oldu. Sonra Prezident Xaltmaaqiyn Battulqa xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesinə baxdı. Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaratdı.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Astanada Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçiriləcək
22.10.2018
“Həmişə inləyib qəmli nəğməsi...”
22.10.2018
Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı
22.10.2018
“Aprel döyüşləri” kitabının təqdimatı olub
21.10.2018
Daha bir xarici portalda Azərbaycan qutabından bəhs edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info