Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
Tarix: 25.09.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda 270-dən çox məmulat nümayiş etdirilir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib. Nazir müavini deyib ki, bu məmulatlar arasında dörd yeni silah növü var. Onlardan 23 millimetrlik snayper tüfəngi demək olar ki, dünyada nadir hallarda istehsal olunan silahdır. Bu silahı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri konstruksiya sənədlərindən istehsalınadək özləri hazırlayıblar.
“Sərginin təşkilinin məqsədi hərbi texniki əməkdaşlığı genişləndirməkdir. Sərgi iki ildən bir keçirilməsinə baxmayaraq, iştirakçıların sayı getdikcə artır. İnanırıq ki, 2020-ci ildə keçiriləcək sərgidə təmsil olunan dövlətlərin və şirkətlərin sayı daha da artacaq”, - deyə Yəhya Musayev qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir
22.10.2018
“Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik”
22.10.2018
Hikmət Şikarov: “Star”ın açılışı regionun tərəqqisinə öz töhfəsini verəcək”
22.10.2018
Nyu-Yorkda Azərbaycanla bağlı bayram mərasimi keçirilib
22.10.2018
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info