Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
Tarix: 25.09.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-də İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla, o cümlədən Avropa İnvestisiya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb. Bank TANAP və TAP layihələrinin maliyyələşdirilməsində iştirak edib, özəl sektorla əməkdaşlıq çərçivəsində Azərbaycan banklarına kredit ayırıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafının və diversifikasiyasının prioritet olduğunu vurğulayan nazir Şahin Mustafayev kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə müsbət artım dinamikasının müşahidə edildiyini, ölkənin strateji valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb. Qeyri-neft sektorunun müxtəlif sahələri üzrə AİB-lə əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşən İqtisadiyyat naziri ölkədə yaradılmış sənaye parklarında rezidentlər üçün əlverişli şəraitin yaradıldığını və bir sıra güzəştlərin nəzərdə tutulduğunu qeyd edib, sənaye parklarında fəaliyyət göstərən rezidentlərin kreditləşməsi istiqamətində Bankla əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığa güzəştli kreditlərlə dəstək olduğunu bildirən nazir Şahin Mustafayev Fondun AİB-lə əməkdaşlıq edə biləcəyini deyib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edən nazir Şahin Mustafayev bu sahədə Bankla əməkdaşlığın nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib. Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü yüksək qiymətləndirərək, görüşdə səmərəli danışıqların aparıldığını vurğulayıb. Vazil Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində Bankın geniş təcrübəsinin olduğunu xatırladan Avropa İnvestisiya Bankının vitse-prezidenti Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib. Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Vazil Hudak bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcəyini də bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info