İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
Tarix: 25.09.2018 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb.
“Azərbaycanın Berndəki səfirliyi iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparır. Onların dəstəyi ilə bu il Azərbaycanın fındıq istehsalçıları İsveçrəyə səfər ediblər. İstərdik ki, isvəçrəli iş adamları da Bakıya səfər etsinlər. Bu ilin iyun ayında İsveçrənin yüksək rütbəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişlər və iqtisadiyyat naziri cənab Şahin Mustafayevlə görüşüblər. Gələn ilin yanvar ayının sonunda İsveçrədə keçiriləçək Dünya İqtisadi Forumdan əvvəl və ya sonra Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir və yəqin ki siz də bu icilasda iştirak edəcəksiniz,”- deyə səfir bildirib.
ASK-nın fəaliyyəti haqqında geniş məlumat verən ASK prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.
“Bildiyiniz kimi son illər dövlət başçımızın rəhbərliyi altında ölkədə əsaslı iqtisadi islahatlar aparılır və Azərbaycanda investisiya yatırmaq üçün çox gözəl imkanlar var. İsveçrəli sahibkarları bu imkandan istifadə edə bilərlər. İsveçrəli məhsullar xüsusən saatları, süd məhsulları, şokoladları, dərmanları hər zaman öz keyfiyyəti ilə seçildiyi üçün bizdə çox məşhurdur. İsveçrəli şirkətləri Azərbaycana gəlməklə həm də böyük bir bazara çıxmaq imkanı əldə etmiş olurlar. Bu tək yerli bazar deyil, şirkətləriniz məhsullarını eyni zamanda Rusiya, Qazaxıstan, Özbəkistan və başqa ölkələrə ixrac etmək üçün Azərbaycanın yerləşdiyi coğrafi şəraitindən və logistika imkanlarından yaralana bilərlər. Əlbətdə, biz gələn ilin yanvarında azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə qeyd etdiyiniz iclasda iştirak edəcəyik.” - M.Musayev qeyd edib. Səfir bildirib ki, hazırda Azərbaycanda İsveçrənin “Holcim”, "Novartis Pharma Services AG", "Roche" və digər şirkətləri fəaliyyət göstərir, iki ölkə arasında iqtisadi əməkdalığın gücləndirilməsi nəticəsində gələcəkdə bu şirkətlərin sayının artacağına ümid etdiyini bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır
19.06.2019
Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikincidir
19.06.2019
Vüsal Qasımlı: Yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19.06.2019
Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info