İsa Həbibbəyli: “Məsud Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub”
Tarix: 25.09.2018 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında M.Əlioğlunun müstəsna xidmətlərindən danışıb. Akademik İ.Həbibbəyli deyib ki, M.Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub. Bildirilib ki, M.Əlioğlunun iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında”, “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Mirzə İbrahimovun dramaturgiyası”, “S.S.Axundovun həyat və yaradıcılığı”, “Osman Sarıvəlli”, “Rəsul Rza”, “Məfkurə dostları”, “Ədəbiyyatda yeni insan”, “Məslək qardaşları”, “Tənqidçinin düşüncələri” kitabları, onlarla məqaləsi nəşr olunub. Vəfatından sonra “Hüseyn Cavidin romantizmi”, “Məhəbbət və qəhrəmanlıq”, “Amal və sənət”, “Ədəbi fraqmentlər” və ikicildlik “Darıxan adamlar” kitabları çapdan çıxıb. Onun klassik ədəbiyyat barədəki şərhlərinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə M.Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir. İ.Həbibbəyli vurğulayıb ki, bu əsər Azərbaycan romantizminin ideya əsaslarının öyrənilməsi üçün çox dəyərli elmi mənbədir. Sonra institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Tənqidçi istedadı və zaman” mövzusunda məruzəsi dinlənilib. O, M.Əlioğlunun ədəbi-tarixi yaddaşı müasirlik müstəvisində qiymətləndirdiyi kimi, çağdaş ədəbi prosesdəki yenilikləri də böyük həssaslıqla duyduğunu və cəsarətlə müdafiə etdiyini deyib: “M.Əlioğlu ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlərinə uyuşmayan müəlliflərdən və əsrlərdən yazmazdı”. İnstitutun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, təhsil şöbəsinin əməkdaşı, kiçik elmi işçi Nurlanə Məmmədova ədəbiyyatşünas-alimin yaradıcılığının müxtəlif aspektlərindən bəhs ediblər. Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinədək davam edən yaradıcılıq axtarışlarının bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərdiyi vurğulayıb. Sonda M.Əlioğlunun qızı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, nasir-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Abituriyentlərin nəzərinə! İmtahanların vaxtı dəyişdi
20.02.2019
Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti İsgəndəriyyə Kitabxanasında olub
20.02.2019
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20.02.2019
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20.02.2019
Azərbaycanlı tələbələr Moskvada layihələr təqdim edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info