“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
Tarix: 25.09.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkəti özünün yeni "DaimOnline" tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə maraqlı aksiya və onlayn müsabiqə təşkil edib. Aksiya çərçivəsində Bakının mərkəzində - "Fəvvarələr Meydanı"nda xüsusi "DaimOnline" çadırı quraraq qonaqlara "Foto monitor" və "İnsta Print" kimi əyləncələrdə iştirak edib maraqlı hədiyyələrə sahib olmaq imkanı verilir. Stendin ziyarətçiləri burada, həmçinin yeni "DaimOnline" tarif paketləri barədə ətraflı məlumat əldə edə bilərlər. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, "Bakcell" şirkəti bir müddət əvvəl yeni "DaimOnline" paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz "WhatsApp", "Facebook" və "Instagram" istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz "WhatsApp", "Facebook" və "Instagram" imkanı təqdim edən yeni "DaimOnline" tarif paketlərini istifadəyə verməklə, "Bakcell" gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər. Bundan əlavə, "Bakcell" özünün rəsmi "Instagram" və "Facebook" səhifələrində onlayn müsabiqə keçirir. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar yuxarıda qeyd olunan sosial şəbəkələrdə "Bakcell"in səhifəsinə abunə olmalı və "Fəvvarələr Meydanı"nda quraşdırılmış xüsusi "DaimOnline" çadırının yanında şəkil çəkdirib #DaimOnlineBakcell həşteqi ilə paylaşmalıdır. Müsabiqədə I, II və III yer tutan iştirakçılara "Bakcell"dən müvafiq olaraq 300 AZN, 200 AZN və 100 AZN dəyərində hədiyyə kartları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə yalnız "Bakcell" abunəçiləri iştirak edə bilər. Biznes və ya bağlı sosial şəbəkə profilinə malik olan istifadəçilərə hədiyyə təqdim olunmur. Sözügedən aksiya 28.09.2018-ci il tarixinə qədər davam edəcək, onlayn müsabiqə isə 27.09.2018-ci il tarixində saat 23:59-da bitəcək. Qaliblər "random.org" saytı vasitəsilə müəyyən ediləcək və 01.10.2018-cil tarixində "Bakcell"in "Instagram" və "Facebook" səhifələrində elan olunacaq. Dəyərli hədiyyə qazanmaq istəyirsinizsə, "Fəvvarələr Meydanı"na tələsin, "Bakcell" stendində şəkil çəkdirib müsabiqəyə qatılmağa hələ də vaxt var. İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan "Bakcell" müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək. "Bakcell" şirkətinin yeni "DaimOnline" tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud "Bakcell"in rəsmi "Instagram" və "Facebook" səhifələrinə daxil olun.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Macarıstan gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi keçiriləcək
19.06.2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib
18.06.2019
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib
18.06.2019
Sahil Babayev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info