“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
Tarix: 25.09.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Açılış mərasimində Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev çıxış edərək ölkəmizdə və regionda üçüncü dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2018” sərgisinin açılışı münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik edib. Diqqətə çatdırılıb ki, “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Artıq ənənə halını almış “ADEX” sərgisinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan nazir müavini deyib ki, Azərbaycan Respublikası 25 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ölkəmizin ərazisinin 20 faizi zəbt edilib və bir milyondan çox əhali daimi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın üzləşdiyi hərbi təcavüz ordu quruculuğunu və Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsini prioritet istiqamətə çevirib. Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Bu addım ölkədə Hərbi Sənaye Kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə töhfəsini verib. “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsində mühüm işlər görülüb. Dövlətimizin hərbi qüdrəti durmadan artıb və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır” - deyə Yəhya Musayev vurğulayıb.
Nazir müavini qeyd edib ki, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətə davamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb. Məmulatlar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.
Müdafiə Sənayesi Nazirliyi indiyədək bir çox beynəlxalq sərgidə öz məhsullarını təqdim edib. Artıq üçüncü dəfədir ki, nazirliyin təşəbbüsü ilə ölkədə beynəlxalq müdafiə sərgisi keçirilir. Bu sərgi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynayır. “ADEX-2018” sərgisində 29 ölkədən 224 şirkət və rəsmi nümayəndə heyətlərinin iştirak etdiyini deyən Yəhya Musayev əmin olduğunu bildirib ki, sərginin qonaqları bu müddətdə paytaxt Bakının gözəlliyi və qonaqpərvərliyi ilə tanış olmaq imkanı da əldə edəcəklər:
“2025-ci ildə keçiriləcək “Ekspo-2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Bu, ölkə rəhbərliyinin beynəlxalq sərgilərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ümid edirəm ki, bu gün Bakıya gələn qonaqlar “Ekspo-2025” sərgisində Azərbaycanın namizədliyini dəstəkləyəcəklər”. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, “ADEX-2018” sərgisində Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunur. Şirkətlərin sayına görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sərginin fəal iştirakçılarıdır. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgiyə ilk dəfə qatılır. Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərir. “ADEX-2018” sərgisinə 18 ölkədən 62 aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, saytlar, xəbər agentlikləri informasiya dəstəyi göstərib. Sərgini işıqlandırmaq üçün 100-dən çox mətbuat nümayəndəsi akkreditasiyadan keçib. “ADEX-2018” sərgisində Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar təqdim olunur. Sərginin açıq meydançasında isə müxtəlif xarici şirkətlərin hərbi və xüsusi təyinatlı texnikası, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün nəzərdə tutulan vasitələrdən ibarət statik ekspozisiya yerləşdirilib. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
15.10.2018
Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işləri davam etdiriləcək
15.10.2018
Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15.10.2018
“Hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır”
15.10.2018
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10244

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info