Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir
Tarix: 25.09.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı:Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən "Aşıq Pəri" məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb. 2013-cü ildən "Aşıq Pəri" məclisinin rəhbəridir.


Xanım şairələrin poeziyası olduqca maraqlıdır. Aşıq poeziyası üslubunda yazan xanım şairələrdən biri də Pərvanə Zəngəzurludur. Onun yaradıcılığı bir ədəbi-tənqidçi kimi məni hər zaman düşündürür. “Facebook” sosial şəbəkəsindən Pərvanə xanımın yaradıcılığını ciddi izləyirəm. Şairənin şeirləri ürəkaçan poetik incilərdir. Pərvanə xanım ustadlıq yolunda addımlayan bir xanım şairədir. Onun şeirlərində ciddi nəzəri qaydaları görmək mümkündür. Şeirlərdə işlənən fikirlər yerli-yataqlı işlənir və beləcə də, şeirin məzmunu şairənin şeirlərində hər zaman qorunur. Belə ki, Pərvanə Zəngəzurlunun yaradıcılığında forma və məzmun qüsurlarına rast gəlmək olmur. Qeyd edim ki, şairənin yaradıcılığında ciddi bədii təsvir və ifadə vasitələri işlənib. Şeirlərdə ictimai məfkurə əsas rol oynayır və ictimai mövzuda şeirləri də çoxluq təşkil edir. Şübhəsiz ki, Vətən mövzusunda olan şeirləri yaradıcılığının əsas hissəsindən birini tutur. Məhəbbət, ailə-məişət, təlim-tərbiyə və digər səpkili mövzular xanım şairənin yaradıcılığında ciddi təşkildə hiss olunur. Bu mövzuların isə hər biri ayrılıqda bir kitabda tədqiq olunası sahələrdir. İndi isə şairə Pərvanə Zəngəzurlunun yaradıcılığından seçdiyimiz şeirləri oxuculara təqdim edək:

Məni
(təcnis)

Könül verdim, yar eşqindən yarıyam,
Salmadı bir dəfə o, yada məni.
Nə biləydim vəfasızın yarıyam,
Dəyişdi əğyara, o, yada məni.

Yazı yazan tərsə yazdı yazımı,
Qış eylədi baharımı, yazımı.
Qismət verdi qələmimi, yazımı,
Bəlkə, röyalardan oyada məni.

Bu gülşəndən pay düşübdü gülə nə?
Dərdi olan ağlaya nə, gülə nə.
Namərd dedim dərdə baxıb gülənə,
Etdi göz yaşında oy, ada məni.

Dağ-daş ağlar çevriləndə söz ünə,
Saf eşqimə vəfasızın sözü nə?
Ya uyub aldanıb əğyar sözünə,
Bir divanə sanır o ya da məni.

Pərvanə, sən yanağında yaşa bax,
Qocalırsan, ötüb-keçən yaşa bax.
Sərvətindi pak niyyətin, yaşa, bax,
Qurban edin təmiz oy ada məni.


Ömrüm

Bulanıq sel kimi kükrəyib, daşıb,
Büllur bulaq kimi süzülən ömrüm.
Bir zaman yanırdın həyat eşqilə,
İndi qor altından sozalan ömrüm.

Şair könlüm zirvələrə ucalıb,
Namərdlərdən, nakəslərdən öc alıb.
Arzular cavandır, özü qocalıb
Elin yaddaşına yazılan ömrüm.

Sayı yox neçə kəs sınaqdan keçib,
Cəhrədə əyrilib, daraqdan keçib,
Deyəsən, mənimki yamaqdan keçib,
Tikilə-tikilə nazilən ömrüm.

İçində gizlədib ağrını, dərdi,
Xain zərbələrə sinəsin gərdi.
Nakəsə tuş gəldi, gördü namərdi,
Nadan tənəsindən əzilən ömrüm.

Çox əzablar çəkdi bəlalı başı,
Bəzən də zəhərə çevrildi aşı,
Qayçısı küt oldu, dərzisi naşı
Cərrahlar əlində büzülən ömrüm.

Kim anlayıb bu dünyanın işini,
Vədəsiz gətirir qarlı qışını.
İldən-ilə Pərvanənin yaşını,
Çoxalda-çoxalda azalan ömrüm.


Şairəm

Bir neçə cümləni düzüb alt-alta,
Özünü öyür ki, mən də şairəm.
Cümləsini bütöv yaza bilməyən,
Aləmə yayır ki, mən də şairəm.

Deyən gərək xam xəyallar eləmə,
Xeyri yoxdur car çəksən də aləmə.
Hayıf işlətdiyin kağız-qələmə,
Adını qoyur ki, mən də şairəm.

Qələmi, kağızı işlədib boşa,
Bircə misrası da gəlməyir xoşa.
Mənasız kəlmələr düşülmür başa,
Özünü sayır ki, mən də şairəm.

Şair demək olmaz hər yazan kəsə,
Yazdığı kəlmələr haqdan gəlməsə.
Tülkü aslan ilə girərək bəhsə,
Döşünə döyür ki, mən də şairəm.

Sel olmaz ki, dərələrin daşması,
Mənasızdı kükrəməsi, coşması.
Bilinməyir gəraylısı, qoşması,
Hamıya deyir ki, mən də şairəm.

Nə qədər yol verib bax, hədyanlara,
Baxıb qiymət verin siz insanlara.
Əsl şair baxıb bu nadanlara,
Başına döyür ki, mən də şairəm?


Könlümün

Nadanların, namərdlərin əlindən,
Yanıbdı bağrının başı könlümün.
Dostu düşmənindən seçə bilməyir,
Allaha qalıbdı işi könlümün.

Kim can söyləyibsə ona inanıb,
Saxta, yalanlara yaman aldanıb.
Kənardan baxanlar bəxtəvər sanıb,
İçinə axıbdı yaşı könlümün.

Dağlarının gədiyinə varmadan,
Kol dibindən tər bənövşə dərmədən,
Pərvanə doyunca bahar görmədən,
Deyəsən, yetişib qışı könlümün.


DEYİŞMƏ

PƏRVANƏ ZƏNGƏZURLU

Dostlar, bircə an da giley etməyək,
Bu qoca dünyadan, ulu dünyadan.
Dünya mənim deyən çox nadanların,
Vədəsiz üzüldü əli dünyadan.

AQİL KƏNGƏRLİ

Düz dedin, ay bacım, nadan insanın,
Qurtarmır fitnəsi, feli dünyadan.
Beşəlli tutaraq, sovurur qanın,
Sanki yapışıbdır zəli dünyadan.

Pərvanə Zəngəzurlu

Kimisi sözünü deyib gedəcək,
Şöhrətin aləmə yayıb gedəcək,
Kimsə aparmadı, qoyub gedəcək,
Yığdığı dövləti, pulu dünyadan.

Aqil Kəngərli

Kimini ucaltdı dağın başına,
Kiminin zəhəri qatdı aşına.
Kiminin əməyi getdi boşuna,
Diriykən köçübdür ölü dünyadan.

Pərvanə Zəngəzurlu

Sanmayın hər işə qadirdir insan,
Ələnib seçilir yaxşıyla yaman,
Əgər hökm edərsə ulu yaradan,
Yarımçıq qırılar yolu dünyadan.

Aqil Kəngərli

Görürsən xeyirə üstün gəlib şər,
İblisə, şeytana uymuşdur bəşər,
Hər gün bir qədər də tökülər, düşər,
Dəymişi qalmışkən kalı dünyadan.

Pərvanə Zəngəzurlu
Günaha bataraq, suç eyləyibdi,
Çoxu öz ömrünü puç eyləyibdi,
Vədəsi gələndə köç eyləyibdi,
Ağıllı dünyadan, dəli dünyadan.

Aqil Kəngərli
Neçə ki, ömrünü verməmiş bada,
İnsan ad qazana fani dünyada,
Əməli qalacaq, düşəcək yada,
Getsə də bir ovuc külü dünyadan.

17 dekabr 2014


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü

**************************

Söyüd
Yenə payız fəsli, xəzan yellərin -
Əsdirir, pərişan olursan, söyüd.
Yenə dağınıqdı salxım tellərin,
De neyçin saçını yolursan, söyüd?

Yadına düşürmü, o xoş günlərin,
Yığılıb kölgənə şənlənənlərin.
Deyənin, gülənin, əylənənlərin,
Səndəmi xəyala dalırsan, söyüd?

Atam da heyrandı bir vaxt hüsnünə
Yığıb nəvələri öz dövrəsinə.
Dincəlib, baxardı fərəhlə sənə,
Söylə bir, kövrəlib dolursan, söyüd?

Bir yanda samavar zümzüməsini,
Bir yanda quşların cəh-cəh səsini.
Uşaqların şıltaq qəhqəhəsini,
Mənim tək yadına salırsan, söyüd?

Vaxt gələr bizlərdə köçüb gedərik,
Durna qatarı tək uçub gedərik.
Ayrılıq şərbətin içib gedərik.
Əfşanı da yola salarsan, söyüd.
Əfşan Yusifqızı




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid hamam
16.12.2018
“Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb
15.12.2018
Portuqaliya klassik musiqisi ilə muğamın sintezi
15.12.2018
Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info