Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
Tarix: 25.09.2018 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən cüdo üzrə dünya çempionatının altıncı günündə - sentyabrın 25-də daha iki çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. AZƏRTAC xəbər verir ki, çempionatın altıncı günündə kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində güclərini sınayıblar. Səksən səkkiz cüdoçunun mübarizə apardığı yarış günündə ölkəmizi "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov və Zelim Kotsoyev təmsil ediblər. Ancaq cüdoçularımız mükafatçılar sırasında yer ala bilməyiblər.
Qadınların final yarışında niderlandlı Guusje Stinhuisə qalib gələn yaponiyalı Asiya çempionu Şori Hamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niderlandlı Marhinde Verkerk və Rusiya idmançısı Aleksandra Babintseva dünya çempionatının bürünc medalına sahib olublar.

Kişilərin yarışında qızıl medal uğrunda görüşdə gürcüstanlı Varlam Liparteliani və Koreya Respublikasından olan cüdoçu Quham Ço üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə koreyalı idmançı qalib gələrək dünya çempionu adını qazanıb. Rusiya təmsilçisi Niyaz İlyasov və monqolustanlı Otqonbaatar Lxaqvasuren dünya çempionatını üçüncü pillədə başa vurublar. Çempionatın yeddinci günündə - sentyabrın 26-da kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayacaqlar. Yarışda ölkəmizi Uşanqi Kokauri və İrina Kindzerska təmsil edəcəklər.
Qeyd edək ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info